İsmayıllı rayonunun Soltankənd kəndində Təhsil Nazirliyinə məxsus orta məktəbin binasında yanğın olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) veriblər.
Hadisə nəticəsində ümumi sahəsi 280 kv.m olan birmərtəbəli binanın yanar konstruksiyaları 130 kv.m sahədə yanıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
|