Azərbaycanda Fələstin səfirliyinin açılması nəzərdə tutulub. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov söyləyib.
O qeyd edib ki, bu barədə məsələ həmkarı Riyad Əl-Malik ilə görüşündə müzakirə olunub.
Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Malik də görüşdə səfirliyn açılması və Azərbaycana səfir təyin olunması məsələsinin gündəmdə olduğunu qeyd edib. O bildirib ki, bundan sonra bura səfirin təyin olunması məsələsinə baxılacaq. O, yeni səfirin iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcəyinə ümid etdiyini söyləyib.
|