Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
    Müstəqil Azərbaycan dövlətinin həyatında çox əlamətdar hadisədir ki, xalqımız dininə öz münasibətini sərbəst ifadə edir və uzun illərin həsrətindən sonra ölkəmizin istənilən vətəndaşı tamamilə sərbəst olaraq islam aləminin müqəddəs yerlərini ziyarət edə bilir.


    * * *

    Din bir tərəfdən də mənəviyyatdır.


    * * *


    Din həmişə müsbət rol oynamalıdır, xüsusən də insanın mənəvi inkişafında, insanların mənəvi tərbiyəsində və onların yüksək mənəviyyat, yüksək əxlaq prinsipləri əsasında sıx birləşməsində.

    * * *

    Qurani-Şərifdə böyük əxlaqi normalar əks olunubdur. Onlardan səmərəli istifadə etmək lazımdır və onları yaymaq, inkişaf etdirmək lazımdır.

    * * *

    İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir, inkişaf, islami dəyərlər gətiribdir. Bu dəyərlər - müqəddəs kitabımız Qurani-Kərimdən gələn islami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyərlərinin əsasını təşkil edibdir.

    * * *

    İslamın dini-mənəvi dəyərləri Qafqaz xalqlarının qədimdən yaranmış və inkisaf etmiş mənəvi dəyərləri ilə birlikdə xalqların yüksək milli-mənəvi dəyərlərini təşkil ediblər.

    * * *

    İnsanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar.

    * * *

    Bizim müqəddəs kitabımız Qurani-Şərif heç vaxt fundamentalizmin əsasını qoymayıbdır. Kimsə bu fundamentalizm, ekstremizm meyllərini İslam dinindən istifadə edərək yaradır və inkişaf etdirirsə, hesab edirəm ki, onlar İslamın əsas prinsiplə-rindən müəyyən qədər uzaqlaşırlar. Biz İslam mədəniyyətini, İslam mənəvi dəyərlərini müqəddəs kitabımız Qurani-Kərimdən olduğu kimi qəbul edirik. Onların təhrif olunması, əgər dini dillə desək, günahdır. Biz istəmirik ki, kimsə günaha batsın.

    * * *

    Həcc ziyarətinin özü insan üçün böyük nemətdir.

    * * *

    Həcc ziyarətini edən hər bir şəxs nəinki özü mənəviyyatca zənginləşir, o, aldığı mənəvi zənginlikdən bəhrələnərək öz ətrafına, ailəsinə, öz dostlarına da təsir edir, kömək edir, onları daha da düz yola, Allah yoluna dəvət edir.

    * * *

    Biz heç vaxt öz dinimizi, tariximizi, milli-mənəvi dəyərlə-rimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir.

    * * *

    İslam dininin mənəvi dəyərləri ən yüksək qiymətə malikdir.

    * * *

    Tolerantlıq geniş anlayışdır. O, təkcə dinlərin bir-birinə dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına dözümlülük, mədəniyyətlərə dözümlülük deməkdir.

    * * *

    Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik.

    * * *

    Zəngin müsəlman sivilizasiyasının nailiyyətləri bir sıra hallarda Azərbaycan alimlərinin, fikir adamlarının səyi nəticəsində Qərbin və bütün insanlığın mənəvi sərvətinə çevrilmişdir.

    * * *

    Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz  hissəsi kimi qəbul edirik.

    * * *

    Biz öz milli köklərimizi, dini mənsubiyyətimizi qorumuşuq, qoruyacağıq. Mənəvi ənənələrimizi, adətimizi qoruyub inkişaf etdirəcəyik. Ancaq bununla bərabər, biz ümumbəşəri dəyərlərdən də bəhrələnirik. Hesab edirik ki, bizim milli-mənəvi dəyərlərimizin ümumbəsəri dəyərlər ilə birgə inkişaf etməsi, onların sintezi xalqımızın gələcəyi üçün, inkişafı üçün daha da əhəmiyyətli olacaqdır.

    * * *

    Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq.

    * * *

    Qurban bayramı dostluq bayramı, məhəbbət, birlik, mehribanlıq bayramıdır. On dörd əsrə yaxındır ki, ilahi hikmətlər xəzinəsi Qurani-Kərimin insanlara nazil edildiyi Ramazan ayında bu əvəzsiz nemətə görə minnətdarlıq İslam aləminin ayrılmaz hissəsi olan Azərbaycanda da oruc tutmaq, namaz qılmaq, dualar etməklə bildirilir.

     

    Hazırladı:

    Orxan Məmmədov


    Bu məqalə “Beynəlxalq Mətbuat Klubu” İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Mətbuatda, sosial mediada milli-mənəvi dəyərlərin və etik normaların qorunmasına dair təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.  

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 06.07.16 | Baxılıb: 2021

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30