Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
    Son illər bölgələrin tarazlı və hərtərəfli inkişafında, iqtisadi fəallığın yüksəlməsində, iqtisadiyyatın rəqabət qabiliyyətinin artmasında, iş yerlərinin və yeni müəssisələrin yaradılmasında, əhalinin məşğulluğunun yaxşılaşmasında, ümumilikdə respublikamızın dayanıqlı və sürətli inkişafının təmin olunmasında regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir. 

    Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən siyasət iqtisadi tərəqqinin əsas amilinə, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilib. Bölgələrdə milli-iqtisadi ehtiyatların tam səfərbər olunmasına, sahibkarlıq sektorunun dirçəlməsinə, azad biznesin inkişafına, rəqabət qabiliyyətli istehsal sektorunun formalaşmasına dərin zəmin yaradıb.

    Təbii ki, regionların sosial-iqtisadi inkişafı istiqamətində dövlətin səyləri milli və dini qrupların yaşadığı ərazilərdən də yan keçmir.

    2014-2018-ci illərdə inkişaf doktrinasının əsas şaxələrindən biri regionların tarazlı inkişaf coğrafiyasını genişləndirmək, bölgələrdə istehsalın səviyyəsini və müəssisələrin sayını artırmaq, liberal və maliyyə baxımından özünü təsdiqləyən milli istehsalçıların sırasının çoxalmasına nail olmaqdır. Proqramın əsas hədəfi regionlardakı iqtisadi sərvətləri tam hərəkətə gətirmək, dövriyyəyə cəlb etmək, istifadə olunmamış iqtisadi resursları, xammal ehtiyatlarını istehsal prosesinin əsas mühüm hissəsinə çevirməklə iqtisadi gücü ən azı 2 dəfə artırmaqdan ibarətdir. Bu məqsədlə ölkənin malik olduğu təbii sərvətlərdən səmərəli istifadə edilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi və regionlar arasında mövcud olan diferensasiyanın minimuma endirilməsi, milli iqtisadiyyatın rəqabətqabiliyyətlilik səviyyəsinin yüksəldilməsi və qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, qeyri-neft məhsullarının ixracının genişləndirilməsi, ölkənin ixrac potensialının artırılması prioritetləri daxildir.

    Milli azlıqlar kompakt şəkildə daha çox Şəki-Zaqatala, Quba-Xaçmaz, Lənkəran-Astara və digər regionlarda yaşayırlar. Qeyd edək ki, hazırda bu regionların sosial-iqtisadi inkişafı kifayət qədər diqqət mərkəzindədir. Biz bunu 2012-ci və 2013-cü illər ərzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində bu regionlarda əsas sosial-iqtisadi göstəricilərin dinamikasından da aydın şəkildə görə bilərik.

    Belə ki, Şəki-Zaqatala iqtisadi rayonu üzrə əsas kapitala yönəldilmiş investisiyalar 2012-ci ildə 222,8, 2013-cü ildə 958,6 milyon manat, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 583,1 (2012) və 2667,4 (2013) milyon, Lənkəran iqtisadi rayonu üzrə isə 222.8 (2012) və 958,6 (2013) milyon manat olmuşdur. Yenidən qurulmuş və əsaslı təmir olunmuş yollar 2013-cü ildə Şəki-Zaqatala iqtisadi rayonu üzrə 452,4 km, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 358,6 km, Lənkəran iqtisadi rayonu üzrə isə 400 km-dən çox olmuşdur.

    Ölkənin bütün regionlarında heç bir diskriminasiya tətbiq edilmədən tarazlı inkişafın təmin olunması istiqamətində tədbirlər həyata keçirilir. Bu da regionlarda yaşayan əhalinin sosial rifah vəziyyətinin davamlı olaraq yaxşılaşdırılmasına hesablanılmış uğurlu daxili siyasətin təzahürüdür.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətin milli siyasəti, yalnız, ayrı-ayrı etnos və xalqlara deyil, milli mənsubiyyətindən asılı olmayaraq, ölkə vətəndaşlarının həyatının bütün sahələrində bərabərhüquqlu inkişafına xidmət edir. Nəticədə, ölkəmizdə azərbaycanlılarla yanaşı, digər milli azlıqları təmsil edən millətlərin də dövlətçiliyimizə, ölkəmizə bağlılığı, Azərbaycanda yaşamaq, işləmək istəyi artır.

    Əlbəttə, bütün bu investisiya qoyuluşları milli azlıqlar yaşayan sözügedən bölgələrdə turizimin inkişafına böyük stimul verir. Turist axını milli iqtisadiyyatın inkişafı ilə yanaşı, milli azlıqların ailə büdcələrinə daxilolmaların artmasına gətirib çıxarır.

    Milli azlıqların yaşadığı bölgələr turizm üçün xarakterik olduğundan burada dövlət və qeyri-dövlət investisiya vəsaitləri hesabına inşa olunan yay və qış turizm obyektləri regionda yeni iş yerlərinin (mövsümi və daimi) açılması ilə nəticələnir. Eyni zamanda, bölgəyə turist axını fərdi evlərdə gecələmələrlə yanaşı, milli azlıqlara məxsus yerli istehsalı, xüsusən də məxsusi sənətkarlıq ənənələrini inkişaf etdirir.

    İndi isə ölkədə yaşayan multikultural subyektlərin qısa da olsa ayrı-ayrılıqda fəaliyyət sahələrinə, məşğuliyyətlərinə diqqət edək. Bu xalqların hər biri təsərrüfat həyatları və məşğuliyyətləri ilə Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verirlər:

    Avarlar, əsasən, Balakən, Qax, Zaqatala rayonlarında kompakt halda yaşayırlar. Avarlarda Azərbaycan dili və mədəniyyətinə inteqrasiya çox yüksək səviyyəyə çatıb. Bakı, Gəncə və respublikanın digər şəhərlərində yaşayan avarlarla azərbaycanlılar arasında fərq tapmaq olduqca çətindir. Avarlarının məişətində ipəkçilik, tütünçülük, bostançılıq, arıçılıq kimi təsərrüfat sahələri üstünlük təşkil edir.

    Axaxlar  Azərbaycanın  Zaqatala  rayonunun Axaxdərə  kəndində yaşayırlar. Adlardan göründüyü kimi, çox kiçik bir fərq mövcuddur - bu xalqın Dağıstanda yaşayan hissəsi özünü  axvax, Azərbaycanda isə axax adlandırır. Əhalinin əsas məşğuliyyəti ağacişləmə və bağçılıqdır.

    Axısxa türkləri pərakəndə formada yaşamalarına baxmayaraq, özlərinin sosial, mədəni-etnik özünəməxsusluqlarını, dil, əxlaq, folklor, məişət və bir sıra dəyərlərini qoruyub saxlamışlar. Məşğuliyyət sahələrinə əsasən, əkinçilik və  maldarlıq daxildir.  

    Buduqlar, əsasən, Quba rayonunun Buduq kəndində məskunlaşıblar. Tarixən, maldarlıq və qoyunçuluqla məşğul olmuşlar. Əkinçilik buduqluların təsərrüfatında ikinci dərəcəli yer tutur.

    Gürcülər ölkəmizin Zaqatala və Qax rayonları ərazisində kompakt halda məskunlaşıblar. Azərbaycanda yaşayan gürcülər ölkəmizin ictimai-siyasi və mədəni həyatında bərabərhüquqlu vətəndaşlar kimi iştirak edirlər. Gürcülərin əsas məşğuliyyət növü bağçılıq və maldarlıqdır.

    Xınalıqlar Azərbaycanın aborigen azsaylı xalqları içərisində özünəməxsus etnoqrafik  xüsusiyyətləri ilə seçilir. Onlar Azərbaycanın ən qədim sakinlərindən sayılır. Yəni, dünyanın etnik xəritəsində, ancaq bir Xınalıq kəndi və yeganə Xınalıq dili mövcuddur. Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır.

    İngiloyların yaşadıqları ərazi Şəki-Zaqatala iqtisadi-coğrafi rayonuna daxildir. Onların maddi və mənəvi mədəniyyəti, məişəti, təsərrüfatı bilavasitə özlərinə məxsusdur. İngiloylar, əsasən, tütünçülük, taxılçılıq, heyvandarlıq, üzümçülük, meyvəçiliklə məşğul olurlar. 

    Dağlıq Qarabağ münaqişəsinədək kürdlər qismən Laçın, Qubadlı, Zəngilan, Kəlbəcər rayonlarında və eləcə də Naxçıvanda yaşayırlar. Kürdlər yaşadıqları coğrafi mövqeyə görə, sənətkarlıq, bağçılıq, heyvandarlıq və ticarətlə məşğul olurlar.

    Qrızlar daha çox Quba, İsmayıllı və Xaçmaz rayonlarında yaşayırlar. Qrızların əsas təsərrüfat məşğuliyyəti əkinçiliklə bağlıdır. 

    Ləzgilər əsasən, respublikanın Qusar, Quba, Şəki, Şamaxı və Xaçmaz rayonlarında məskunlaşmışlar. Əsasən, heyvandarlıq, dəmirçilik, bağçılıq, tərəvəzçiliklə məşğuldurlar. Adət-ənənələrə gəlincə isə onlar azərbaycanlılarla demək olar ki, eynilik təşkil edir.

    Ruslar Azərbaycanda əhalinin milli tərkibinə - həm sayca, həm də xüsusi çəkisinə görə xüsusi yer tutur. Kənd rayonlarında yaşayan rusların əsas məşğuliyyətləri əkinçilik və maldarlıqdır.

    Rutullar Şəkinin Şorsu Şin və Göybulaq kəndlərində yaşayırlar. Ancaq say etibarilə rutulların əsas yaşayış yeri, məhz, Şorsu və Şin kəndləridir. XX əsrin 40-cı illərinə qədər rutullar maldarlıqla məşğul olaraq köçəri həyat sürüblər. Sonralar Şəkidə böyük bir ərazidə meyvə bağlarının, əsasən də alma bağlarının salınması Dağıstan rutullarının bura köçünü gücləndirib.

    Saxurların əsas məşğuliyyət formalarından biri də zəngin yun və dəri məmulatlarına malik olmalarıdır. Qadınlar yunu əyirib ondan müxtəlif ev-məişət əşyaları toxuyur, kişilər isə zərgərlik və dəmirçiliklə məşğul olurlar. Saxurlar arasında çəkməçilik, dülgərlik, daşişləmə sənəti də üstün yer tutur. 

    Talışların özünəməxsus ləziz mətbəxi var. Müxtəlif növ ləvəngi, çox çeşidli plov bölgəyə gələn turistləri ən azı buranın təbiəti qədər özünə cəlb edir. Talışlar yığcam halda respublikanın cənub-qərbində - Astara, Lənkəran, Lerik, Masallı rayonlarında, həmçinin Yardımlı, Cəlilabad və Biləsuvarın bəzi qəsəbə və kəndlərində yaşayırlar. Talışların məişətində çəltikçilik və eləcə də taxılçılıq başlıca yer tutur. Dulusçuluq, xalçaçılıq, müxtəlif növ həsirlər, zənbillər toxumaq, ağacdan müxtəlif məişət əşyaları hazırlamaq, habelə, sitrus bitkiçiliyi, bağçılıq, tərəvəzçilik, meyvəçilik, maldarlıq mədəniyyəti də geniş yayılmış və inkişaf etmişdir.

    Tatarlar da digər azlıqlar kimi, Azərbaycanı özlərinə doğma Vətən hesab edir və ölkənin ümumi inkişafına öz töhfəsini əsirgəmirlər. Tatarlar, əsasən, iri şəhərlərdə yaşayır və kiçik ticarətə daha çox üstünlük verirlər.

    Tatlar kompakt olaraq,  Quba, Dəvəçi, Siyəzən, Xızı rayonları ərazisində və Bakının ətraf kəndlərində məskunlaşmışlar. Şamaxı, Qobustan, İsmayıllı rayonlarının bir neçə kəndində də tatlar yaşayır. Tatların Azərbaycanda çoxəsrlik yaşam tarixi digər sahələr kimi onların mədəniyyətinə də təsir edib. Yeməklərin adını və hazırlanmasındakı kiçik dəyişikliyi nəzərə almasaq, ümumazərbaycan süfrəsindən çox da böyük fərq hiss edilmir. Tatların toy adətləri də öz ənənəliyini bəzi istisinalarla qoruyub saxlayıb və bü günə kimi yaşatmaqdadır. Tatların təsərrüfat həyatı müxtəlifdir: daşişləmə, metalişləmə, misgərlik, dulusçuluq, dəmirçilik, zərgərlik, toxuculuq və s.

    Udilərin yaşadığı ərazi Şəki-Zaqatala iqtisadi-coğrafi bölgəsinə daxildir. Udilərin əsas məşğuliyyəti bağçılıq və əkinçilikdir.

    Yəhudilər (dağ yəhudiləri) başlıca olaraq Quba, Şamaxı, Göyçay, Şəki rayonlarında və qismən də Bakıda məskunlaşıblar. Ən tanınmış məskənləri Şamaxının Mücü kəndi və Quba yaxınlığında yerləşən Qırmızı qəsəbə sayılır. Dağ yəhudilərinin məskunlaşdığı coğrafi ərazidən asılı olaraq, burada əkinçilik inkişaf etməyib. Sənətkarlıq, xalçaçılıq, nisbətən, yayılmış sənət növlərindəndir. Respublikamız müstəqillik qazandıqdan  sonra  isə onlar, əsasən, ticarətlə məşğul olmağa başlayıblar.

    Bu və ya digər təsərrüfatlar digər milli azlıqların da fəaliyyətində mühüm rol oynayır.

     

    Elvin Xəzər


    Bu məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirdiyi “Müxtəlif mədəni və dini dünyagörüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası: mədəni (multikulturalizm) və dini (tolerantlıq) müxtəlifliyin təşviqinin dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 12.07.16 | Baxılıb: 1555

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30