Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi

    Milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsil­lərə çat­dır­mağın ən mühüm şərti milli dövlətçilikdir. Milli dövlət ancaq əra­zi­nin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorun­ma­sı­na xidmət edir. Milli-fəlsəfi fikrin, əxlaqın, adət-ənənələrin yeni nəslə çatdırıl­ma­sı, davam etdirilməsi üçün milli-mənəvi abidələrin, bədii ədəbiyyatın ro­lu həqiqətən böyükdür. Bir millət üçün canlı tarix haradasa qırılan­da, onun inkişafının daxili hərəkətverici qüv­vələri məhdudlaşdırılanda, in­ki­şaf kənar qüvvələrlə məqsəd­yönlü surətdə başqa səmtə istiqa­mət­lən­­dirilən­də milli genin heç olmazsa başqa ampluada, fövqəltarixi for­ma­­larda; fikirlərdə, xatirələrdə, ədəbiy­yatda, incəsə­nətdə yaşadılması zə­rurəti yaranır. Xalq başqa imperi­yaların işğalı altında qaldıqda, baş­qa əqidələrin rəsmi təsir dairəsinə düşdükdə milli ruhu öz şəxsi hə­ya­tı bahasına, diri-diri yandırılması, dərisinin soyulması hesabına da ol­sa yaşadan və bir əmanət kimi yeni nəsillərə ötürən həqiqi böyük zi­ya­lılar estafeti öz əllərinə almalı olurlar.

    Dövlət xadimləri, siyasətçilər, sərkərdələr öz tarixi ziyalılıq mis­si­yasını yerinə yetirə bilməyəndə, milli ruh milli varlığın himayəsindən məhrum olanda, qılınc qələmlə, zər kərəmlə vax­tın­da birləşməyəndə bütün ağırlıq təkcə qələ­m və kərəmin, yaradıcı ziyalılar və kərəm əhlinin üzərinə dü­şür. Milli döv­lətçilik kəsilməz bir proses kimi davam etsin deyə, döv­lətlərarası dövr­də kəsilməzliyi milli-mənəvi körpülər tə­min etməli olur.


    Milli dövlət isə bununla səciyyələnir ki, kimlərinsə milli dəyər­lə­ri öz qanı bahasına qoruyub-saxlamasına ehtiyac qalmır. Çünki o, ellikcə, bütün xalq tərəfindən, dövlətin öz himayəsi altında qorunur və in­kişaf etdirilir. Yəni dövlətçiliklə millilik birləşmiş olur.


    Dövlət hüquqi və siyasi aktlarla, dövlətçilik isə mənəviyyat və men­talitetlə bağlıdır. Dövlətçilik düşüncənin alt qatında, təhtəl şüur­da, psixologiyada təzahür edir. Dövlətçilik siyasi müstəvidə milli özü­nütəsdiq prosesinin mahiyyəti, dövlət isə onun hansı isə konkret for­mada reallaşdırılması vasitəsidir.


    Məsələ burasındadır ki, konkret bir hadisə kimi dövlət olma­dıq­da belə, dövlətçilik yaşaya bilər. Dövlətçilik ənənəsinin saxlanması isə milli dövlətin nə vaxtsa yenidən qurulacağına təminat verir. Ən pisi odur ki, döv­lət­çilik ənənəsi və dövlətçilik hissiyatı olmasın. Bu halda hətta dövlət apa­ratı qurulsa da, o, milli dövlət olmayacaq, milli ira­dənin ictimai-si­ya­si özünütəsdiqi olmayacaq, xalqın, millətin məna­feyinə xidmət et­mə­yəcəkdir.


    Dövlətçilik ənənələrinin yaranması nə deməkdir və hansı gös­tə­ri­­cilərlə şərtlənir? Bu, ilk növbədə əhalinin xalqa, xalqın millətə, sa­kin­lə­rin vətəndaşlara çevrilməsi istiqamətində gedən prosesdir. Döv­lət­çi­lik insanlarda və­tənpərvərlik duyğusunu, vətən anlamının milli mənə da­xil edilməsini nəzərdə tutur. Əgər hər hansı bir ölkədə hər kəs ancaq öz mənafeyini, ailəsinin mənafeyini düşünürsə və bütövlükdə xalqın ta­leyinə, ümummilli siyasi və iqtisadi mənafeyə biganədirsə, – de­mə­li, burada dövlətçlik ənənələri yoxdur. “Hər bir vətəndaş gərək ölkə­si­nin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraq­ları haq­qında düşünməsin”.[1] Dövlətçilik ümummilli iqtisadi mənafe duy­ğu­su tələb edir. Dövlətçilik mənəviyyatda fərdi miqyasdan, ailə miq­ya­­sından, tayfa miqyasından, zona, region miqyasın­dan kənara çıxa­raq bütöv vətən duyğusunu hər şeydən yüksək tutmaq vərdişi tələb edir. Öz dövlət simvollarına hörmət və sevgi bəslənməsini, öz döv­lə­­ti­nin nailiyyətlə­rinə görə iftixar hissi keçirilməsini, dövlətin uğur­suz­luq­la­rını isə şəxsi faciə kimi yaşamaq səriştəsi tələb edir. Bu səviyyədə “mil­li” anlamının etnik-millidən fərqli yeni mə­nası, siyasi aspekti, dövlətlə adekvat­lı­ğı ortaya çıxır. 


    Milli dövlət qurulması və dövlətçilik ideyalarının həyata keçi­ril­məsi və bu proseslərin dönməzliyinin təmin edilməsi xalq qarşısında ən böyük xidmətdir. Bu xidmət milli-tarixi prosesin kəsilməzliyini tə­min edilməsi baxımın­dan ziyalı məramının siyasi müstəviyə keçi­ril­məsi deməkdir. Belə ki, milli ədəbiyyatı da, musiqini də, adət-ənə­nə­lə­ri də, dini dəyərləri də qoruyub saxlayan, bütöv, sağlam bir orqa­nizm ki­mi yaşadan milli dövlət qurmaq və dövlətçilik ənənələrini bərpa et­mək təkcə ziyalılığın deyil, həm də siyasətin ən ali amalı olmalıdır.


    Millətini sevən, millətə həqiqətən xidmət göstərmək istəyən in­san­­lar öz ixtisasları üzrə, dərindən bildikləri sahələrdə ümumi milli tə­rəq­qi işinə fayda gətirməklə yanaşı, cəmiyyətdəki proseslərə də öz münasibətlərini bildirməyə çalışırlar. Təəssüf ki, bu yeni rolda onların bir çoxu artıq peşəkar mütəxəssis olmadıqlarını unudurlar. Ona görə də, bir sahədə qazanılmış nüfuzun başqa bir səmtə yönəldilməsi məsə­lə­sində çox ehtiyatlı olmaq la­zım­dır. Təsadüfi deyildir ki, inkişaf etmiş Qərb ölkələrinin üstünlüklərindən biri burada – hər kəsin məhz öz işi ilə məşğul olmasıdır. Bu işlərin ümumi mənafe məcrasına yönəldilməsi də peşəkar səviyyədə həyata keçirilir. Buna nail olmaq üçün isə həmin ölkələr böyük demokratik inkişaf yolu keçiblər. Həm də bu inkişaf xaos yox, stabil­ləşmə şəraitində həyata keçirilib. Belə stabil cəmiy­yət­də, hər kəs öz bildiyi işlə məşğul olduqda, peşəkarlıq ön pla­na keçdik­də ziyalı olmaq, ziyalı olaraq qalmaq, ümum­milli mənafeyə xidmət et­mək çətin olmur. Cəmiyyət özü hər kəsin kiçik də olsa ziyalı po­ten­sia­lı­nın reallaşdırılma­sına imkan yaradır. Demək olar ki, hamı ümum­ic­ti­mai tərəqqi prosesinin iştirakçılarına çevrilir. Tərəqqiyə qarşı çıxan­lar, milli mənafeyə ziyan gətirənlər isə bir qrup tüfeylilər, cinayətkar ün­sürlərdir. (Yaxşı cəmiyyət o cəmiyyətdir ki, burada hər kəs öz müs­bət əmsalı ilə ümumi işə daxil olur). Bizim də məqsədimiz məhz belə bir cə­miyyət yaratmaqdır. Lakin biz hələ keçid dövründəyik.


    Keçid mərhələsində olan cəmiyyətin bir ciddi prob­lemi də bu­dur ki, ümummilli tərəqqinin əsas istiqamət­ləri hamı tərəfindən kifa­yət dərəcədə dərk edilmədiyindən, peşəkarlıq çox vaxt arxa plana keç­di­yindən, fikir plüra­lizmini fikir xaosu əvəz etdiyindən, söz fikirdən, ide­yadan ayrılıb müstəqil amilə çevrildiyindən, habelə yeni ic­ti­mai təbəqələr hələ kifayət dərəcədə formalaşma­dığından və sosial-iqtisadi ukladların spektri həddindən çox rəngarəng olduğundan tə­rəq­qi yolunu tənəzzül yolun­dan seçib ayırmaq da çətin olur. Cəmiyyət ifrat dərəcədə siyasiləşir, peşəkar siyasətçilərlə yanaşı öz ixtisası üzrə uğur qazana bilməyən müxtəlif peşə sahibləri də siyasətə qurşanır və si­yasət aləmində diletantlardan ibarət olduq­ca müxtəlif qruplaşmalar or­taya çıxır.


    Müstəqillik illərində Azərbaycan keçid dövrünün bir sıra uğurları və tə­bəddülatları ilə yanaşı siyasiləşmə meyllərinin ifrat güclənməsi ilə də səciyyələndirilə bilər. Elə bil ki, sovet imperiyası dövründə siyasət­dən uzaq­laşdırılmış və azad fikirdən məhrum edilmiş xalq belə bir şans qa­za­­nan kimi bu istiqamətdəki boşluğu böyük ehtirasla dol­dur­mağa ça­lışır.


    Lakin bizim müstəqillikdən gözlədiyimiz yalnız söz azadlığı və siyasi aludəçilik deyildi. Müstəqillik ona görə lazımdır ki, dövlət qu­ru­­cu­luğu və sosial təşkilatlanma artıq hansı isə başqa bir qüvvənin deyil, xal­qın, millətin öz maraqları istiqamətində yönəldilə bilsin, ümum-milli ahəng üstündə köklənsin. Yəni bütün daxili potensial, tə­bii sər­vət­lər­dən tutmuş intellektual gücə, mədəni-mənəvi dəyərlərə qədər bü­tün im­kanlar elə səfərbər edilməli və elə istiqamətləndirilməlidir ki, hər bir və­təndaş ümum­milli tərəqqi kontekstində öz şəxsi maraqlarını da rea­lizə edə bilsin.


    Lakin kütləvi siyasiləş­mə və ifrat siyasi qarşıdur­malar təbii ki, qüvvələrin va­hid amal uğrunda səfərbər edil­məsinə, ümummilli tərəq­qi­yə xidmət etmir. Müstəqillik əldə etdikdən sonra daxili enerjinin quruculuq işlərinə deyil, başqa səmtə yönəl­dilməsi, görünür, kimlərəsə lazım imiş. Qondarma Dağlıq Qarabağ problemi də bu siyasiləşməni gücləndirmək və azadlığa çıxmış xalqların milli tərəqqisinə mane olmaq üçün vasitələrdən biri idi. Lakin biz hələ də böyük dövlətlərin qeostrateji planlarından doğan siyasi burulğan­dan çıxa bilmirik.


    Bax, belə bir şəraitdə siyasi təbəddülatlara uyma­dan ümum­mil­li tərəqqi naminə fəaliyyətlərin davam etdirilməsinə böyük ehtiyac var­dır. Nə yaxşı ki, hələ sovet dövründə də kommunist ideologiya­sı­nın yaratdığı labi­rint­lərdən məharətlə keçərək, milli mədəniyyətin tərəq­­qisi, xalqın maarifləndirilməsi, ədəbi-bədii və fəlsəfi təfək­kürün inki­şaf etdirilməsi sahəsində böyük xidmətlər gös­tərən ziyalılarımız, bu gün də cari problemlərin cazibə dairəsinə düşmədən, heç bir kon­yuk­turaya uymadan bə­şəri və milli-mənəvi dəyərlərimizi tədqiq və təb­liğ etməklə ümummilli tərəqqiyə xidmət edirlər.


    Bu gün siyasiləşmiş cəmiyyət və qütbləşmiş təfək­kür öz ehtiyac­la­rına uyğun yeni ədəbiyyat tələb etdiyi üçün klassik ədəbiyyatın və klassik mədəni-mənəvi dəyər­lərin ön plana çəkilməsi heç də müqavi­mət­siz qarşılan­mır. Lakin, bizcə, siyasiləşmiş təfəkkürün tələblərinə uy­­ğun yeni ədəbiyyat axtarışına çıxmaqdansa, siyasi dü­şüncənin özü­nü ümumbəşəri və milli dəyərlərin priori­tetliyi kontekstinə yönəltmək cəhdləri daha əhəmiy­yətlidir. Əsl böyük vətənpərvərlik də elmi və ya bədii yaradı­cılığın və şəxsi nüfuzun məhz dövlətçiliyin möhkəmlən­diril­mə­si­nə yönəldilməsini tələb edir.


    Bu məqalə “Kaspi Geosiyasi Araşdırmalar Mərkəzi” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərin, Azərbaycançılıq məfkurəsi və Azərbaycan dilinin qorunmasına dair təşəbbüslər” layihəsi çərçivəsində hazırlanıb.  

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 17.05.16 | Baxılıb: 1341

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30