Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Azərbaycançılıq - ümummilli ideologiya kimi...

    Qədim dövrlərdən başlayaraq bugünümüzə kimi Azərbaycan xalqının gözəl adət-ənənələrini, milli-mənəvi dəyərlərini, etnik psixoloji xüsusiyyətlərini özündə yaşadan və birləşdirən bir baxışlar sistemi kimi azərbaycançılıq ideologiyası yaranmış və formalaşmışdır. 


    Azərbaycançılıq ideologiyasında vahid polietnik millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına  dair  maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri öz əksini tapmışdır. İdeologiya kimi azərbaycançılıq müstəqil Azərbaycanın fəlsəfi-sosial doktrinasının sosiomədəni və etnik-geosiyasi cəhətlərini özündə birləşdirmişdir. O, qarşılıqlı dəstək, əməkdaşlıq və bərabərliyin mühüm əsasını təşkil edir. 


    Akademik  Ramiz Mehdiyev  9 noyabr 2007-ci il tarixdə “Azərbaycan” qəzetində çap olunan “Azərbaycançılıq – milli ideologiyanın kamil nümunəsi” adlı məqaləsində  yazır ki, "Azərbaycançılıq" anlayışı milli siyasi diskursda nisbətən yaxın vaxtlardan işlədilir: “O, ölkədə yaşayan bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi, 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinist və separatçılıq əhval-ruhiyyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir. Yeni anlayış ictimaiyyət tərəfindən kifayət qədər tez dəstəklənmiş, təzə, məzmunlu elementlərlə dolğunlaşmışdır. Düşünürük ki, indi "azərbaycançılıq" artıq milli ideologiyanın ilk nümunəsi hesab edilə bilər. (1)


    Azərbaycançılıq iki təməl ideyanı - "dövlətçilik" və "vətənpərvərliyi" özündə birləşdirir. Məlumdur ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın düşdüyü dərin böhran təkcə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Qarabağdakı aqressiv erməni separatçılığı ilə bağlı deyildi. Həmin dövrdə bütövlükdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası cücərməkdə idi və bu, ayrı-ayrı bölgələrdə özünü göstərirdi. 

    Bu baxımdan Heydər Əliyevin  azərbaycançılığı  ümummilli ideologiya olaraq irəli sürməsi onun Azərbaycan dövlətçiliyi naminə göstərdiyi tarixi xidmətdir. Məhz azərbaycançılıq Azərbaycana qarşı bir çox istiqamətlərdən yönələn təhdidlərin, ölkəmizi etnik bölücülük əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər oldu. Çünki azərbaycançılıq bizim keçmişimizdən gələn dəyər olaraq vahid Azərbaycanın ideya əsası, ölkədə bütün konfessiya və etnosların həmrəylik və anlaşma içində birgəyaşayışının tarixi təcrübəsidir. Böyük öndər öz çıxışlarında bir vacib məqamı hər zaman diqqətə çatdırıb ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük sərvətimizdir və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik: "Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq. Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına  öz töhfəsini verir. Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. Azərbaycanlı sözü bizi həmişə birləşdirib". 


    Tarix elmləri doktoru, professor Əli Həsənov 
     “Heydər Əliyev və milli dövlətçilik təlimi – azərbaycançılıq” məqaləsində yazır ki, 1993-cü ildən Heydər Əliyevin siyasi rəhbərliyə gəlişi ilə bütün Azərbaycan vətəndaşlarının, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkənin istiqlaliyyətini dəstəkləyən insanların vahid dövlətçilik ətrafında birləşdirilməsi üçün ciddi iş aparıldı. Cəmiyyətdə hakim olan istiqlal arzusu, azərbaycançılığın müstəqil dövlətin bütün əhalisinin ali ideologiyasına çevrilməsi, ümummilli birliyin təmin olunması zərurəti tezliklə ictimai-siyasi və mənəvi dairələrin gündəliyinə çıxarıldı: “Heydər Əliyev azərbaycançılıq ideyasına tamamilə yeni bir məzmun verərək onu Azərbaycanın milli-etnik xüsusiyyətlərinə, müasir dövrün tələblərinə və dünyanın müasir şəraitinə uyğunlaşdırdı. Odur ki, Heydər Əliyevi müasir azərbaycançılıq ideologiyasının - dövrün, zamanın tələblərini, dövlətçiliyin əsaslarını, milli-etnik şəraiti nəzərə alan milli təlimin banisi hesab etmək olar. Azərbaycançılıq ideologiyası məhz Heydər Əliyevin dövründə mükəmməl bir ideoloji təlim kimi ölkənin dövlət siyasətinə çevrildi. 


    Heydər Əliyev azərbaycançılığı bütöv bir xalqın – bütün dünyada yaşayan azərbaycanlıların, Azərbaycanla bağlılığı olan bütün soydaşlarımızın və həmvətənlərimizin söykəndiyi milli birlik platformasına çevirdi. Əgər Heydər Əliyevə qədər bu ideya əsasən etnolinqvistik, etnoqrafik, ədəbi, mədəni-estetik, fəlsəfi və mənəvi dəyər kimi mövcud idisə, onun dövründə ciddi sosial-siyasi məzmun kəsb edərək ümumi ideyalar sisteminə-dövlət quruculuğunun ayrılmaz tərkib hissəsinə çevrildi”. (2)


    Professor Əli Həsənovun
     yuxarıda qeyd etdiyimiz fikirini daha da qüvvətləndirərək deyə bilərik ki, belə bir vaxtda (1993-cü il) Heydər Əliyev Azərbaycanın parçalanmasını istəyən qüvvələrin təzyiqlərinə rəğmən siyasi hakimiyyətə qayıtdı. Təcrübəli dövlət xadimi, Azərbaycan xalqının etno-psixologiyasını gözəl bilən Heydər Əliyevin ilk işi ideologiya ilə bağlı oldu. 


    Beləliklə, ümummilli lider milli birliyimizin əsrlərin sınağından çıxmış təməl daşı olan azərbaycançılığı siyasi gündəliyə çıxardı, az sonra hakimiyyətin əsas ideoloji prinsipinə çevirdi. Heydər Əliyev yaxşı bilirdi ki, Azərbaycan kimi etnik tərkib baxımından zəngin, çoxmillətli bir dövlətdə millətçilik ziyanlı fəsadlara yol aça bilər. İki böyük dövlətin qonşuluğunda yerləşən, bu dövlətlərin təsir altına salmaq istədiyi toplumu yalnız özündə vətənçiliyi, xalqçılığı ehtiva edən azərbaycançılıq ideyası ilə birləşdirmək mümkün idi. 1993-cü ildə Azərbaycan dövlətini parçalanmadan qurtarmış Heydər Əliyevin uğurlarının kökündə məhz azərbaycançılıq ideyası dayanırdı. Heydər  Əliyev  dağılmış dövləti, zədə almış milli birliyi məhz azərbaycançılıqla bərpa etdi, möhkəmləndirdi.  Xalq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən xarici və daxili qüvvələr zərərsizləşdirildi. 


    Azərbaycançılıq ideologiyası, bir tərəfdən, Azərbaycan türklərinin ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içində yaşamaq istəyinin bariz göstəricisi oldusa, digər yandan, Azərbaycanın türk dünyasının  ayrılmaz parçası olduğunun təsdiqlədi. 


    Ulu öndər cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideyasının milli həmrəyliyin aparıcı amilinə, təməl prinsipinə çevrilməsi istiqamətində mühüm işlər gördü. 


    Professor Səlahəddin Xəlilovun 
    geniş və əhatəli tutumu ilə fərqlənən əsərlərindən biri olan “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” kitabı Heydər Əliyevin ideyaları əsasında formalaşan müasir azərbaycançılıq təliminin elmi-nəzəri və ideoloji bir sistem kimi şərhinə həsr olunmuşdur. Müəllif Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda formalaşmağa başlayan milli inkişaf strategiyasının ideya-siyasi əsaslarını təhlil edir, azərbaycançılıq ideyasının  birləşdirici rolunu elmi cəhətdə araşdırır. Əsərin başlıca ideyası bundan ibarətdir ki, bəşəri dəyərlərin qiymətləndirmə meyarlarının milli sədləri aşdığı qloballaşma şəraitində bir millətin məfkurəsi olmaq etibarilə yalnız Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan dövlətinin deyil, bütün dünyada yaşayan azərbaycanlıların, habelə bir neçə nəsil Azərbaycanda yaşamış və buranı öz vətəni sayan digər etnik və milli azlıqların maraqlarını ifadə edən müasir azərbaycançılıq konsepsiyasını müstəqil dövlətimizin strateji inkişaf xətti kimi ilk dəfə Heydər Əliyev irəli sürmüşdür. 


    Əsərdə azərbaycançılığın əsasları kimi söhbət təkcə milli dildən, dindən, adət-ənənədən, mədəni-mənəvi dəyərlərdən, habelə bu dəyərlərin rəsmi dövlət fərmanları ilə təsbit olunmasından getmir. Müəllifin mövqeyi belədir ki, bu milli sərvətlərin ayrı-ayrılıqda öyrənilməsi, dəyərləndirilməsi, sadəcə qorunub saxlanması azdı, bu dəyərlər ictimai miqyasda, Vətən miqyasında məhz dinamik bir proses kimi saxlanılmalı və inkişaf etdirilməlidir. 


    S.Xəlilovun fikrincə, əsas vəzifə problemə təkcə milli-etnik müstəvidə deyil, həm də ictimai-siyasi müstəvidə baxmayaraq, milli-mənəvi dəyərləri yeni qurulan cəmiyyətin bilavasitə strukturuna daxil etmək, milli şüurla dövlətçilik şüurunu birləşdirməkdir. 


    S.Xəlilovun kitabında Prezident Heydər Əliyevin ana dili, milli-mənəvi dəyərlərimiz və  mədəniyyətimizlə bağlı fikirləri əsasında dünya azərbacanlıları və azərbaycançılıq ideyası, vahid milli-mənəvi məkan, milli-etnik və milli-siyasi özünüdərk, azərbaycançılıq və milli fəlsəfi fikir, milli mənəviyyat və milli dövlətçillik, milli-mənəvi dəyərlər və müasirlik kimi aktual prblemlər üzrə geniş fəlsəfi təhlil aparılmışdır. 


    Müəllif azərbaycançılığın elmi aparatının özünəməxsus strukturunu açmış, milli mündəricədən çıxaraq, millilik və ümumbəşəriliyin vəhdətindən çıxış edən bir məfkurə kimi onu formalaşdıran amilləri göstərmişdir. Həmin komponentlər bunlardır: 1) Azərbaycanın milli-etnik gerçəkliyi: 2) dilimiz: 3) islam dini: 4) milli mənşəyin həyat tərzində, məişətdə, mərasimlərdə saxlanılan ümumi əlaməti olan etnoqrafiya: 5) toponimika: 6) arxeologiya və maddi mədəniyyət nümunələri: 7) milli-mənəvi mədəniyyət. (3) 


    Akademik Budaq Budaqov Səlahəddin Xəlilovun 
    “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” əsəri ilə bağlı yazırdı: “Professor Səlahəddin Xəlilovun “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” kitabı inteqrativ məzmunun açılmasına, türk mənşəli xalqlarla yanaşı tat, talış, kürd və s. etnik mənşəli qrupların da azərbaycançılığın formalaşmasında iştirak etməsinin əsaslandrılmasına həsr olunub. Bu əsər Azərbaycanın bütövlüyünü, respublikamızda yaşayan bütün xalqların sarsılmaz birliyini təcəssüm etdirməklə yanaşı, bu sahədə yazılmış ilk elmi-fəlsəfi monnoqrafiyadır”. (4) 


    S.Xəlilovun “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” kitabında yazdığı ön sözdə bu ideyanı daha da genişləndirən akademik Ramiz Mehdiyev azərbaycançılığın mövcudluğunun iki mühüm şərtini və çərçivəsini göstərir və etiraf edir ki, bu ideologiyanın ayrı-ayrı elemetləri ailələrdə, müxtəlif insan və toplumların mənəvi aləmindən yaşaya bilir. Lakin əlbəttə ki, azərbaycançılığın inkişafı onun yalnız bir milli-etnik dəyər kimi dar müstəvidə, bir etnosun içində deyil, müstəqil dövlətin xüsusi himayəsi altında ictimai-siyasi və mədəni həyatın bütün sahələrində tətbiq olunması tələb edir. Beləliklə, R.Mehdiyev azərbaycançılığın yeni dövrdə daha böyük inkişaf yoluna keçəcəyini proqnozlaşdırır və bunu dünya xəritəsində müstəqil və suveren Azərbaycan dövlətinin mövcudluğu ilə bağlayır. Bu nöqteyi-nəzərdən azərbaycançılığa vahid, bölünməz Azərbaycanı qoruyub-saxlamaq və möhkəmləndirmək üçün vasitə kimi baxan R.Mehdiyev yazır: “Bu gün “azərbaycançılıq” milli həyatın, konfessiyaların harmoniyasının çoxəsrlik ənənəsi, ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və təsirinin tarixi, onların ümumi taleyi və Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizənin tarixi təcrübəsidir”. (3) 


    Əlbəttə, azərbaycançılıq ideyası Azərbaycanda yaşayan və onu özlərinin ümumi Vətəni hesab edən bütün etnik qrupların ideyası kimi çıxış etmişdir Akademik Ramiz Mehdiyev milli ideyanın yaranması, inkişafı və transformasiyası prosesini düzgün metodoloji yanaşmaya əsaslanaraq ardıcıllıqda izlədikdən və təfərrüatıyla təhlil etdikdən sonra xüsusi vurğulayır ki, 2003-cü ilin axırlarından başlayaraq milli ideya müstəqil dövlətin inkişafının və dünya ilə münasibətlər qurulmasının keyfiyyətcə yeni aspektləri ilə zənginləşir. 


    Heydər Əliyevin ölkəmizdə yaşayan bütün xalqlara, milli azlıqlara azərbaycançılıq kontekstindən yanaşma tərzi də diqqət çəkən məqamlardandır. Ulu öndər Azərbaycanın etnik rəngarəngliyini dövlətimizin tarixi-siyasi nailiyyəti hesab edir, bu nailiyyətin qorunub saxlanılmasına xüsusi diqqət və qayğıyla yanaşır, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, Azərbaycanın burada yaşayan hər kəsin doğma ata-baba yurdu, Vətəni olduğunu dönə-dönə vurğulayırdı.


    Vahid  polietnik  millətin Azərbaycan dövlətçiliyinin yaradılmasına dair maraqlarının ümumiliyi, demokratiyanın, sərbəst iqtisadiyyatın, sosial həyat şəraitinin inkişafı uğrunda mübarizəsinin məqsədləri məhz azərbaycançılıq ideologiyasında real təcəssümünü tapır. Bu mənada, azərbaycançılıq milli olduğu qədər də bəşəri, universal səciyyə daşıyır. Onun ən müsbət məziyyətləri sırasında tolerantlıq komponentini xüsusi qeyd etmək lazım gəlir. Azərbaycançılıq dilindən, millətindən, irqindən, sosial mənsubiyyətindən asılı olmayaraq bütün ölkə vətəndaşlarını ümumi Vətən naminə həmrəyliyə dəvət edir. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq üçün milli yiyəlik hissini yaşaması isə tolerantlığın bariz təzahürüdür. Əslində, dini və etnik  tolerantlıq Azərbaycan xalqının qanında, canında, kökündə var. Milli ənənələrimizdə, mentalitetimizdə, habelə sosial, mənəvi və dini düşüncə laylarımızı özündə yaşadan folklorumuzda başqa dinlərə, millətlərə dözümlü münasibət özünü yaşadır. 


    Azərbaycan əsrlər boyu burada yaşayan bütün millət və xalqların ümumi vətəni anlayışını uğurla doğrultmuşdur. Əsrlərdir ki, çoxmillətli tərkibə malik Azərbaycan tolerant və dözümlü bir ölkə kimi dünyaya nümunədir. Azərbaycan əhalisinin çoxmillətli tərkibi bizim sərvətimiz, üstünlüyümüzdür.  Azərbaycanlı sözü tarix boyu birləşdirici, həmrəylik və həmfikirlilik missiyasının daşıyıcısı olmuşdur. Hər birimizə yaxşı məlumdur ki, xalqımızın düşmənlərinin əsrlər boyu ən böyük arzusu da bu bütövlüyü pozmaq olmuşdur. Bu məqsədlə düşmənlərimiz tərəfindən Azərbaycanda yaşayan millət və xalqlar arasında nifaq toxumu səpməyə, qardaşlıq və inam hissini sarsıtmağa, separatizm meyillərini yaymağa cəhdlər göstərilmişdir. Bu məqsədlə onlar müxtəlif təxribatlar planlaşdırmış, çirkin yollarla bəzi səbatsız və Vətənə xəyanət yolu tutan satqınların xidmətindən yararlanmağa çalışmışlar. 


    22 iyun 2000-ci ildə Azərbaycanlıların Ümumrusiya Konqresinin təsis yığıncağında  çıxış edən Prezident Heydər Əliyev demişdir ki, biz öz mənşəyimizi, öz milli mənşəyimizi və dini mənşəyinizi heç vaxt unutmamalıyıq. Bəli, əcdadlarımız islamı hələ VII əsrdə qəbul etmişlər. İslam bir çox yüzilliklər ərzində xalqımızın həyatının mənəvi əsası olmuş-dur. Biz başqa dinə tapına və ya onu qəbul edə bilmərik. Əlbəttə, bizim Azərbaycanda üç konfessiya - müsəlman, islam, pravoslav xristian və yəhudi konfessiyaları var. Yeri gəlmişkən, çoxları təəccüblənir ki, Azərbaycanda üç konfessiya belə dostcasına fəaliyyət göstərir. Biz məhz belə xalqıq, təkrar edirəm, biz başqa dinlərə dözümlüyük, lakin, bununla bərabər, milli adətlərimizin, milli mərasimlərimizin ən mühüm mənbələrindən biri olan öz dinimizi unutmamalıyıq. (5) 


    Azərbaycanın dövlət başçısı kimi Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi. 13 avqust, 2001-ci ildə verdiyi məlum bəyanatında  (Şeyxülislam Hacı Allahşükür Paşazadə qəzetlərin birində təhqir olunmuşdu) ölkədəki demokratiyadan sui-istifadə edənlərə müraciətlə deyirdi: "Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir olunur, onda, təbiidir ki, bu bizi narahat etməlidir. ...Biz Azərbaycanda demokratiyanın bütün tələblərini tətbiq  etmişik, edəcəyik də. Ancaq Azərbaycanın milli-mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır". 


    Bu gün Azərbaycanda mövcud olan etnik-dini tolerantlıq hazırda bəzi inkişaf etmiş ölkələrə də örnək göstərilir. İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların hesabatlarında Azərbaycanda müxtəlif dini sivilizasiyalar arasındakı münasibətlərin yüksək səviyyədə olduğu, dini azlıqların maraq və mənafelərinin qorunduğu razılıqla bildirilir.  


    Prezident İlham Əliyev son 11 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidən qurulmasına da xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son illərdə Bibi - Heybət, Təzəpir, Əjdərbəy və digər məscidlər əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. 


    Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. 


    Azərbaycan xalqı sivil, demokratik və dünyəvi dövlət prinsiplərinə sadiq qaldığını bəyan edib. Respublikamızda din dövlət siyasətindən ayrıdır. Respublikamızın bu konstitusion quruluşu səviyyəsində dini-mənəvi dəyərlərin inkişafı naminə atılan addımlarla, habelə xalqın qəlbində yer tapmış İslami dəyərlərlə qətiyyən ziddiyyətə girmir. 70 illik totalitar sovet rejimi belə xalqın bu ülvi hiss və duyğularına hakim kəsilə bilməyib, onu öz milli-mənəvi, dini dəyərlərindən, adət-ənənələrindən ayıra bilməyib. 70-80-ci illərdə məhz Heydər Əliyevin himayəsi altında onlarca məscid tarixi abidə adı altında qorunub saxlanılıb, əsaslı təmir edilib, xalqa qaytarılıb. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 


    Ümummilli lider Heydər Əliyev ölkənin etnik mənzərəsini belə görürdü: milli adət və ənənələrimizin etnik kökü, genetik fondu beynəlxalq dövriyyəyə nöqsansız buraxılsın. Azərbaycançılığın dəyəri digər dövlətçilik dəyərlərinin zirvəsində dayansın. Çünki azərbaycançılıq əsl milli ideyadır. Milli ideya mənəvi dəyərlərin universallığıdır. Bütün etnik fərdlərin, dinlərin, etnosların, məzhəblərin bir ölkənin sərhədləri daxilində, vahid mənəvi məkanda, beynəlmiləlçilik adlı ortaq milli səma altında birliyidir, Vətən adlı vahid kökə bağlılığıdır, milliliyin beynəlmiləlçiliyə sintezidir. 


    Heydər Əliyevin bu ideyalarının davamçısı Prezident İlham Əliyev də Bakıda keçirilən "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfransdakı çıxışında Azərbaycanda hökm sürən yüksək tolerantlıq mühiti barədə fərəhlə söz açmışdır. Azərbaycanı səmavi dinlərin birgəyaşayış məkanı, çoxmillətliliyi ölkəmizin əvəzedilməz sərvəti hesab edən Prezident İlham Əliyev bu gün dini inancları bütün siyasi proseslərdən uca tutan milli ruhlu bir nəsil yetişdirilməsi, zəngin mənəvi aləmə malik azərbaycanlı obrazının dünyaya tam dolğunluğu ilə tanıdılması üçün bütün bilik və bacarığını sərf etməkdə, dini konfessiyalar arasında heç bir qüvvənin sarsıda bilməyəcəyi məhəbbət və sədaqət körpüləri qurmaqdadır. Belə də olmalıdır. Çünki öz tərkibində təkcə etnosları deyil, hətta məzhəbləri, dini konfessiyaları vahid mənəvi məkanda birləşdirəndə yaranır azərbaycançılıq ideyasının təkrarsızlığı, milliliyi, bəşəriliyi. (6)  


    Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə 10 aprel 2006-cı il, “Xalq qəzeti”ində çap olunan “Azərbaycançılıq dünya azərbaycanlılarının milli ideologiyasıdır” məqaləsində yazır ki, milyon il əvvəl ölkəmizin ərazisində hansı tayfanın, hansı qövmün, hansı xalqın yaşaması Adəmin və Həvvanın hansı millətdən olması kimi əbədi bir mübahisədir. Amma mübahisəsizi budur ki, o zaman da, indi də yaşadığımız vətən Azərbaycan olub. Bu mənada azərbaycançılıq türkçülükdən, şamançılıqdan da, şumerçilikdən də qədim və əzəli fikir formasıdır. (7) 


    24 dekabr 1998-ci il tarixdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xalqa müraciətində Prezident Heydər Əliyev deyirdi: “XXI əsrin astanasında Dünya Azərbaycanlılarının həmrəyliyinə daha böyük ehtiyac vardır. Sayca dünyanın ən iri millətləri ilə müqayisə olunan xalqımızı qarşıdan gələn yeni yüzillik və minillikdə ciddi və müqəddəs mübarizələr gözləyir. Biz nəinki təkcə müstəqil Azərbaycanın dövlətçiliyinin qorunması, möhkəmlənməsi və inkişaf etməsi uğrunda, eyni zamanda bütün dünya azərbaycanlılarının milli hüquqlarının, tarixi haqlarının həyata keçməsi ilə bağlı ciddi iş aparmalıyıq. Bütün bu müqəddəs vəzifələrə nail olmaq üçün biz azərbaycançılığın dövlət rəmzlərini yaşadan müstəqil dövlətimiz ətrafında daha sıx birləşməliyik. Vətənini, xalqını sevən hər bir soydaşımız və ya digər tellərlə ölkəmizlə bağlı olan hər bir şəxs Azərbaycan dövlətini öz arxasında hiss edərək azərbaycançılıq, vətənpərvərlik hissləri ilə tarixi torpaqlarımıza, yurdumuza, mədəniyyətimizə məhəbbət aşılamalıdır. Vətənimizin, respublikamızın taleyi hər bir azərbaycanlının taleyinə çevrilməlidir”. (8) 


    Göründüyü kimi, Azərbaycançılıq heç bir xalqın humanist (milli) ideallarına qarşı çıxmamışdır, bu gün də çıxmır və gələcəkdə də çıxmayacaqdır.

    Bütün bunlar bir daha sübut edir ki, ümummilli liderin banisi olduğu azərbaycançılıq ideyasının nəyinki daxildəki milli azlıqların, eyni zamanda dünya azərbaycanlılarının konsolidasıyasında, milli mənli şüurunun tamamlanmasında və milli özünüdərk qabiliyyətinin yüksək mərhələyə gəlib çatmasında önəmli rolu danılmazdır. Millətimiz ulu öndərin azərbaycanlıları bir amal uğrunda birləşdirən bu nəhəng azərbaycançılıq missiyasını lazım olduğu qədər qiymətləndirir, onun əhəmiyyətini zaman keçdikcə daha aydın və dərindən dərk edir. Bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında və uzaqgörən siyasəti ilə ümummilli liderin millətimiz üçün qoyduğu bu sarsılmaz yolla inamla irəliləməkdəyik.  

     

     

    İstifadə olunmuş ədəbiyyat:


    1. “Azərbaycan” qəzeti, 9 noyabr 2007-ci il

    2. “Xalq qəzeti”  - 2010, 9 may, N 100, səh- 3-4.

    3. Sona Vəliyeva, “Azərbaycançılıq milli ideologiya və ədəbi-estetik təlim kimi”, Bakı-2002, səh-102-103, 109-110

    4. Budaq Budaqov, “Qərəzli yozum əsilsiz, köksüz olar”, 525-ci qəzet, 18 sentyabr, 2002-ci il

    5. “Azərbaycan diasporu”, Bakı-2005, səh-65

    6. Zeynal Vəfa, “İki sahil”, 2009, 26 noyabr, N 223, səh - 7

    7. “Xalq qəzeti”, 10 aprel 2006-cı il

    8. “Azərbaycan diasporu”, Bakı-2005, səh-16

     

    Niyaz Niftiyev


    Bu məqalə “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə keçirdiyi “Müxtəlif mədəni və dini dünya görüşə malik qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyasının dəstəklənməsi” layihəsi çərçivəsində hazırlanıb. 

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 24.04.15 | Baxılıb: 1249

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30