Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Pakistanın nüfuzlu KİV-lərində Mehriban Əliyevaya həsr olunan “Yenilik yaratmış qadın” məqaləsi dərc edilib
    Pakistanın nüfuzlu ingilis dilli “Pakistan Observer”, “Metro Watch” və urdu dilli “Daily Azkaar”, “Kashmir Post” qəzetlərində, həmçinin “DNA News” informasiya agentliyi və “Centreline” jurnalında tanınmış jurnalist, Pakistanın Sülh və Diplomatiya İnstitutunun icraçı direktoru xanım Farhat Nurun “Yenilik yaratmış qadın” adlı məqaləsi dərc edilmişdir.
    Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr olunan məqalədə tarixi boyu dünyanı saflaşdırmağa çalışan, başqalarına yol açmaq üçün təşəbbüs göstərən qadınların olduğu, onların yaşadıqları dövrdə mühüm rol oynadıqları vurğulanır. Bildirilir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva cəmiyyətə təsir göstərərək onu müsbətə doğru dəyişdirməyə, insanların qəlblərini fəth etməyə qadir olan xanımlardandır.
    Müəllif qeyd edir ki, ailə üzvləri - Azərbaycanın tanınmış ziyalıları Mir Cəlal Paşayev, Arif Paşayev və Aida İmanquliyeva hələ uşaqlıq yaşından Mehriban xanıma insan dəyərlərinə hörmətlə yanaşmağı, poeziya, mədəniyyət və musiqini sevməyi, millətinə sadiq olmağı öyrətmişlər. Elə ona görədir ki, Mehriban xanım Əliyeva öz həyatını xalqının rifahı, milli və dünya mədəni irsinin inkişafına həsr etmişdir.
    Oxucuların diqqətinə çatdırılır ki, Mehriban xanım Əliyeva 2004-cü il mayın 10-dan ümummilli lider Heydər Əliyevin adını daşıyan fonda rəhbərlik edir. Fondun əsas məqsədinin ölkənin sosial, iqtisadi və mədəni inkişafına dəstək vermək olduğunu bildirən Farhat Nur Azərbaycanın birinci xanımının təşəbbüsü ilə ölkədə məktəblər, xəstəxanalar, talassemiya mərkəzi, konsert zalları, musiqi liseyləri, məscidlər inşa edildiyini vurğulayır. Uşaqlar və ahıllar evlərinə maddi və mənəvi yardımlar olunduğu, əlil uşaqların cəmiyyətə inteqrasiyası üçün yay düşərgələrinin yaradıldığı, qanvermə və insulin paylaşdırılması proqramlarının həyata keçirildiyi barədə məlumat verir.
    Məqalədə Fondun fəaliyyətinin prioritet istiqamətlərindən olan mədəniyyət sahəsində görülmüş işlər - beynəlxalq müsabiqələr və konsertlər, son illərdə inşa edilən Muğam Mərkəzi və Niaqarada keçirilən muğam günləri, digər çoxsaylı musiqi festivalları, Azərbaycan mədəniyyəti, musiqisi və tarixi haqqında nəşrlər barədə məlumatlar da yer alır.
    Azərbaycanın birinci xanımının dinlərarası dialoq mövzusunda beynəlxalq konfransların təşəbbüskarı və təşkilatçısı olduğunu, ölkəmizdə bütün dinlərin nümayəndələrinin mehriban şəraitdə yaşadığını bildirən jurnalist vurğulayır ki, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bir sıra dini məbədlər, ziyarətgahlar, məscidlər və kilsələr yenidən qurulmuşdur.
    Farhat Nur dünya irsinin qorunub saxlanması istiqamətində Mehriban xanım Əliyevanın gördüyü işlər barəsində də ətraflı məlumat verir və bu sırada Strasburq kafedral kilsəsinin yenidən qurulmasını, Luvr muzeyində İslam İncəsənət Mərkəzinin təsis edilməsini və Versal sarayında təmir işləri aparılmasını xüsusi vurğulayır. Bundan başqa, Heydər Əliyev Fondunun Haitidə mədəniyyət məbədlərinin təmirinə və Fransa Terror Qurbanları Assosiasiyasına maddi dəstək verdiyi bildirilir.
    Məqalədə, həmçinin Azərbaycanın Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın nüfuzu sayəsində müxtəlif vaxtlarda gimnastika üzrə beynəlxalq yarışların Bakıda keçirildiyindən, onun idmana qayğısından, Heydər Əliyev Fondunun olimpiya və paralimpiya oyunlarının qaliblərini mükafatlandırmasından söhbət açılır.
    Pakistanlı jurnalist Farhat Nur Mehriban xanım Əliyevanın Avropanın ən mötəbər mahnı müsabiqəsi olan “Eurovision -2012”-nin keçirilməsinə rəhbərlik etdiyini vurğulayır və bildirir ki, Bakıya gələn çoxsaylı turistlər Azərbaycan xalqının qonaqpərvərliyi ilə yanaşı, yüksək səviyyədə təşkil edilən müsabiqəyə və Bakının gözəlliyinə heyran olmuşlar.
    “Yenilik yaratmış qadın” məqaləsində Mehriban xanım Əliyevanın Azərbaycan folklorunun və musiqi irsinin inkişafına görə UNESCO-nun, həyatın müxtəlif sahələrində genişmiqyaslı fəaliyyətinə görə isə İSESCO-nun xoşməramlı səfiri titullarına layiq görüldüyü barədə də məlumat verilir.
    Məqalənin böyük bir hissəsi Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilən layihələrdən bəhs edir. Müəllif yazır ki, 2007-ci ildə zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Heydər Əliyev Fondu tərəfindən qızlar məktəbi üçün müasir bina inşa edilmiş və 2012-ci ildə orada əsaslı yenidənqurma və təmir işləri aparıldıqdan sonra məktəbə Mehriban xanım Əliyevanın adı verilmişdir. Bundan başqa, 2012-2013-ci illərdə Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Pakistanda səhiyyə, təhsil və humanitar sahələrdə bir sıra layihələr icra edilmişdir. Belə ki, “Edhi Home” kimsəsizlər evləri, “Akbar Care” institutu, serebral iflic klinikası və Lakki Marvat uşaq və qadın xəstəxanasında hepatit B virusuna qarşı peyvəndləşdirmə və müayinələr aparılmış, Saif Fonduna maddi yardımlar göstərilmişdir. Peşavar şəhərində qan xəstəliklərinin müayinəsi ilə məşğul olan Həmzə Xeyriyyə Fonduna xüsusi qanköçürmə laboratoriyası ilə təchiz olunmuş təcili tibbi yardım avtomobili və minlərlə qan köçürmə paketi verilmişdir. Heydər Əliyev Fondu Pakistanın Xayber Paxtunxava əyalətində həyata keçirdiyi humanitar layihələr proqramı çərçivəsində Xayber Göz Fondunun nəzdində fəaliyyət göstərən göz klinikasının yeni blokunun tikintisinə maddi yardım etmişdir.
    Məqalədə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə 2012-2013-ci illərdə Ramazan ayında Pakistanın bütün əyalətlərində kimsəsiz uşaqlar və ahıllar üçün iftar süfrələri təşkil edildiyi, Lakki Marvat bölgəsində Qurban bayramında yüzlərlə qurbanlıq heyvanların kəsilərək əhalinin kasıb təbəqələrinə paylandığı da diqqətə çatdırılır.
    Müəllif Azərbaycanın birinci xanımının Pakistandakı humanitar fəaliyyətinin iki qardaş ölkə arasında münasibətlərin daha da güclənməsinə və genişləndirilməsinə xidmət etdiyini vurğulayaraq məlumat verir ki, Mehriban xanım Əliyeva 2012-ci ildə Pakistanda həyata keçirilmiş layihələrə görə bu ölkənin Qadın Könüllülər Təşkilatı və “Daily Times” qəzeti tərəfindən “Humanizm simvolu - 2012-ci ilin adamı” mükafatı ilə təltif olunmuşdur.
    Farhat Nur öz məqaləsində, eyni zamanda, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın dünya mədəni irsinin qorunub saxlanması istiqamətində gördüyü işlərə görə bir sıra dövlətlərin orden və medalları ilə təltif olunduğunu da xatırladır.
    Məqalənin tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq mümkündür: http://pakobserver.net/detailnews.asp?id=216359,
    http://dnanews.com.pk/the-women-who-has-made-a-difference/,
    http://azkaar.com.pk/dailyazkaar.php?start=12&year=2013&month=8&Day=24,
    http://www.dailykashmirpost.com/index.php?date=2013-08-26&pg=7
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 27.08.13 | Baxılıb: 900

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30