Prezident İlham Əliyev mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə Sərəncam imzalayıb. Sərəncamda deyilir:
Dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın. Nazirlər Kabinetinı bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
|