Mədəniyyət və Turizm Nazirliyi bu gündən fevralın 28-dək özfəaliyyət rəqs kollektivlərinin “Çal oyna-2010” baxış-müsabiqəsini keçirir. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər.
Abşeron, Masallı, Mingəçevir və Zaqatala rayonlarında keçirilən müsabiqədə yaşından asılı olmayaraq mədəniyyət müəssisələri nəzdində fəaliyyət göstərən rəqs kollektivləri, habelə solo ifaçıları iştirak edir. Müsabiqənin qalibləri nazirliyin əmri ilə yaradılmış Münsiflər Heyətinin qərarı ilə müəyyənləşəcək.
Qaliblərə mükafat və diplomlar təqdim olunacaq.
|