Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Prezident paytaxtda inşa olunan yeraltı avtomobil dayanacağının üstündə salınan parkda aparılan inşaat işləri ilə tanış olub
    Bu gün Prezident İlham Əliyev paytaxtın Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında inşa olunan yeraltı avtomobil dayanacağının üstündə salınan park, bağ və fəvvarələr kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olub.
    Son illər Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər ardıcıl olaraq davam etdirilir. Paytaxtımızın park və xiyabanları müasir şəkildə qurulur, yaşıllıq zolaqları salınır, yeni istirahət guşələri yaradılır. Füzuli küçəsi ilə Mirzağa Əliyev küçəsi arasında yeraltı avtomobil dayanacağının üstündə müasir park kompleksinin inşası Bakı şəhərinin simasının daha da yeniləşməsi və paytaxt sakinlərinin istirahəti baxımından olduqca əhəmiyyətlidir. Dövlətimizin başçısı kompleksdə həyata keçirilən inşaat işlərini daim nəzarətdə saxlayır, burada aparılan tikintinin gedişi ilə mütəmadi olaraq maraqlanır.
    Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına inşa olunan park kompleksinin layihəsi əsasında məlumat verdi. Bildirildi ki, yeni salınan bu park kompleksi şəhərin içərisində ən böyük parkdır. Ərazisi 7 hektar olan parkın 20 min kvadratmetrlik sahəsinə qranit və keramit plitələr döşənmişdir. Park kompleksinin 6 min kvadratmetrlik sahəsinə, eləcə də ətrafdakı küçə və prospektlərə asfalt örtüyü çəkilir. Kompleksin 35 min kvadratmetrlik ərazisindən 32 min kvadratmetr hissəsində artıq yaşıllıq zolağının salınması işləri başa çatdırılmışdır. Həmin əraziyə 35 min kubmetr münbit torpaq töküldüyü bildirildi. Burada 2000-ə yaxın ağac, 10 mindən çox isə bəzək kolu, çoxlu sayda gül və çiçəyin əkiləcəyi, ərazinin bütünlüklə yaşıl otlarla örtüləcəyi qeyd olundu. Yaşıllaşdırma işlərinin 90 faizi artıq icra olunmuşdur.
    Bildirildi ki, parkda inşa olunan və ən müasir tələblərə cavab verən 5 fəvvarədə tamamlama işləri aparılır. Texniki mərtəbədə fəvvarələr üçün ayrıca stansiya quraşdırılmışdır. Yaşıllıq zolaqları avtomatik sistemlə suvarılacaqdır. Park kompleksində yeni yarımstansiyanın quraşdırıldığı və ən müasir işıqlandırma sisteminin böyük bir hissəsinin başa çatdığı qeyd olundu. Parkda üç yay kafesi fəaliyyət göstərəcəkdir. Kompleksin ətrafındakı binalarda və ərazilərdə də əsaslı şəkildə abadlıq və quruculuq işlərinin davam etdirildiyi bildirildi.
    Prezident İlham Əliyev Füzuli küçəsindəki 39 nömrəli binanın sürüşdürülmə yolu ilə köçürülmə prosesi ilə də tanış oldu. Qeyd edək ki, 1908-ci ildə Hacınski qardaşları tərəfindən inşa etdirilən bu bina tarixi memarlıq abidələri sırasına daxildir. Dövlətimizin başçısının tarixi memarlıq abidələrinin qorunması və bərpa edilməsi ilə bağlı Sərəncamına uyğun olaraq 18 min ton ağırlığında olan bu tarixi memarlıq binasının əvvəlki görkəmi saxlanmaqla 10,5 metr sürüşdürmə yolu ilə yerinin dəyişdirilməsi prosesinə aprelin 23-də başlanmışdır. Sürüşdürülmə prosesini dünyada bu sahədə ən qabaqcıl təcrübəyə malik olan Hollandiyanın “Bresser” şirkəti həyata keçirir.
    Proses barədə Prezident İlham Əliyevə məlumat verildi. Bildirildi ki, binanın köçürüləcəyi yeni ərazidə möhkəm təməl qoyulmuşdur. Bu da tarixi binanın davamlılığının uzun müddət üçün artırılmasına kömək edəcəkdir. Sürüşdürülmə prosesinin bu gün axşam saatlarında başa çatdırılacağı qeyd olundu.
    Prezident İlham Əliyev sürüşdürülmə prosesini izlədi.
    Sonra dövlətimizin başçısı park, bağ və fəvvarələr kompleksində aparılan inşaat işlərinin gedişi ilə yaxından tanış oldu, müvafiq tapşırıq və tövsiyələrini verdi.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 27.04.13 | Baxılıb: 450

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30