Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    36 sahibkar 1,3 milyon manat güzəştli kredit alıb
    Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini Mingəçevir şəhərində keçirib. 
    Tədbirdə Mingəçevirdə və ətraf rayonlarda fəaliyyət göstərən 80-dən çox sahibkar iştirak edib. Tədbirdən əvvəl Mingəçevirdə Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına maliyyələşdirilmiş "Mingəçevir İzolit" ASC-nin polietilen boru istehsalı müəssisəsinin fəaliyyətinə və müasir çörək zavodunun tikinti işlərinə baxış keçirilib. "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Mingəçevir şəhərinin iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və Fond tərəfindən prioritet hesab olunan müasir iplik və parça istehsalı fabrikinin, kiçik həcmli tikinti materialları istehsalı sahəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
    Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər bölgələrdə olduğu kimi Mingəçevirdə də yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını qeyd edib. Bildirilib ki, regionların iqtisadi mənzərəsinin dəyişməsində, istehsalın genişlənməsində uğurla həyata keçirilən regional dövlət proqramlarının xüsusi əhəmiyyəti var.
    İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov və Aran regional bölməsinin müdiri Elbrus Hüseynov qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması nəticəsində ölkənin davamlı sosial-iqtisadi inkişafına nail olunduğunu, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, Mingəçevir şəhərində həyata keçirilən tədbirlər və görüləcək işlər barədə məlumat veriblər.
    Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, regionlarda aqrar sahə ilə yanaşı, sənayenin inkişafı, bu sahədə müasir texnologiyaların tətbiqinə əsaslanan rəqabətqabiliyyətli və ixracyönümlü layihələrin maliyyələşdirilməsi Fondun fəaliyyətinin əsas istiqamətlərindəndir. Qeyd edilib ki, 2013-cü ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 669 investisiya layihəsinin maliyyələşdirilməsinə 83 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2500-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
    Tədbir çərçivəsində Mingəçevir şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 36 sahibkar 1,3 milyon manat güzəştli kredit alıb. Bu kreditlər hesabına 80 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Verilmiş kreditlər əsasən, ərzaq məhsulları, tikinti materialları istehsalı sahələrinə, heyvandarlığın inkişafına yönəldiləcək. Ümumiyyətlə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 5400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 273,7 milyon manat güzəştli kredit verilib.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 05.04.13 | Baxılıb: 488

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30