Myanmarda müsəlman və Buddist qruplar arasında çıxan qarşıdurmalarda ölənlərin sayı 40-a çatıb. Myanma prezidenti Thein Seine qarşıdurmalar səbəbindən fövqəladə vəziyyət elan etmiş və çoxu müsəlman olan 12 min adamın yaşadığı Meikhtila şəhərinə əsgər göndərmişdir.
Qeyd edək ki, Meikhtilada müsəlman və Buddist qruplar arasında keçən həftə çıxan qarşıdurmalarda 5 məscid, Yamethin şəhərində də 2 məscid və 50 ev yandırılıb.
|