Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Xələf Xələfov Litvanın ölkəmizdəki səfirinə narazılığını bildirdi
    Xarici işlər nazirinin müavini Xələf Xələfov Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskası qəbul edib. 
    Görüşdə nazir müavini Xələf Xələfov Litva Seymində “Dağlıq Qarabağ Respublikası” ilə parlament dostluq qrupunun yaradılmasının Azərbaycan tərəfindən narazılıq və narahatlıqla qarşılandığını bildirib. 
    Nazir müavini səfirin diqqətinə çatdırıb ki, Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağ ilə ayrıca dostluq qrupunun yaradılması nəinki Azərbaycan qanunvericiliyinin, eləcə də beynəlxalq hüququn kobud pozulması faktıdır. Xələf Xələfov bəzi litvalı deputatlar tərəfindən atılan bu addımın Azərbaycanla Litva arasında münasibətlərin mövcud vəziyyətinə uyğun gəlmədiyini, həmçinin, ikitərəfli əlaqələrə kölgə saldığını təəssüflə qeyd edib. Nazir müavini bu addımın Azərbaycan tərəfindən ölkənin ərazi bütövlüyünün, suverenliyinin pozulması, eyni zamanda separatçılığın dəstəklənməsi və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik kimi qiymətləndirildiyini bildirib. 
    Səfir Arturas Jurauskas rəsmi Bakının narahatçılığını başa düşdüyünü, Azərbaycanın mövqeyini öz hökumətinə çatdıracağını bildirib. Səfir, həmçinin, qeyd etmişdir ki, ölkəsinin qanunvericiliyinə görə Litva parlamentinin hər bir üzvünün təşəbbüs irəli sürmək hüququ vardır. Parlamentin bir neçə üzvünün Dağlıq Qarabağla dostluq qrupunun yaradılmasına dair təşəbbüsü Seymin və Litva hökumətinin rəsmi mövqeyini ifadə etmir. 
    Nazir müavini Xələf Xələfov bu cavabın Azərbaycanı qane etmədiyini, həmin deputatların Litva Respublikasının qanunvericilik hakimiyyətini təmsil etdiklərini, xüsusi statuslu rəsmilər olduqlarını və qondarma “Dağlıq Qarabağ Respublikası” nümayəndələri ilə şəxsi əlaqə deyil, parlament səviyyəsində dostluq qrupu yaratdıqlarını bir daha səfirin nəzərinə çatdırıb.
    Xələf Xələfov bildirib ki, bütün nüfuzlu beynəlxalq təşkilatlar, eləcə də dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.  
    Nazir müavini Xələf Xələfov Litva Respublikasının ölkəmizdəki səfiri Arturas Jurauskasa etiraz notası təqdim edərək, məsələnin araşdırılacağına və Litva tərəfinin bu halın aradan qaldırılması istiqamətində tədbirlər görəcəyinə ümid etdiyini bildirib.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 19.03.13 | Baxılıb: 447

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30