Bu gün Zaqreb şəhərində Prezident İlham Əliyevin Xorvatiya Prezidenti İvo Yosipoviçin təkbətək görüşü olub. İkitərəfli əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmnunluğun ifadə edildiyi görüşdə Prezident İlham Əliyevin Xorvatiyaya rəsmi səfərinin qarşılıqlı münasibətlərin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, bu səfər əməkdaşlığın perspektivlərinin müəyyən edilməsi baxımından önəmlidir. Görüşdə beynəlxalq və regional məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.
|