İranın Suriyada 50 min nəfərlik fərqli növdə könüllü hərbi qüvvələr yaratmağı planlaşdırdığı iddia edilir. Amerika mediasının adsız bir kəşfiyyat mənbəyinə istinadən verdiyi xəbərə görə, İran və Hizbullahın Bəşər Əsədin çəkilməsi vəziyyətində Suriyada öz mənfəətlərini qorumaları üçün əsgəri birlik qərargahı planladıqları iddia edilir: “Bu an üçün niyyətləri Suriya rejiminə kömək etmək, ancaq İran üçün əhəmiyyətli olan özünə bağlı, güvənəcəyi bir əsgəri qüvvəyə sahib olmaqdır”. İran strategiyası iki istiqamətdə inkişaf edir. Birincisi Əsədə dəstək olmaq, ikincisi isə Əsədin düşməsi vəziyyətində özünə bir yer hazırlamaq.
|