Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə toplantısında iştirak etmək məqsədilə Misir Ərəb Respublikasına səfər edib. Səfər çərçivəsində Elmar Məmmədyarovun "İslam Dünyası: Yeni çağırışlar və genişlənən imkanlar" mövzusunda keçiriləcək Zirvə toplantısında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.
|