Prezident İlham Əliyev “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 28 dekabr tarixli 531-IVQD nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalayıb. Sərəncamda Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın buraxılışı həyata keçirilərkən sərhəd və gömrük orqanlarının səlahiyyət bölgüsü barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
|