Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Dövlət Sərhəd Xidməti əməkdaşına 35 min ABŞ dolları rüşvət təklif edilib
    Respublika Baş Prokurorluğu və Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətləri rüşvətxorluq faktına dair birgə məlumat yayıblar. Baş Prokurorluqdan verilən məlumata görə Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxsinə rüşvət təklif edilməsi barədə həmin qurumdan daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
    Müəyyən edilib ki, Cəlilabad rayon sakinləri Dövlətov Nurəddin Novruz oğlu və onun qardaşı oğlu Dövlətov Seyfəddin Firudin oğlu Dövlət Sərhəd Xidmətinin İstintaq və təhqiqat idarəsində sonuncuların yaxın qohumları olan Mərdalıyev Faiq Həsənağa oğlu, Dövlətov Zülfüqar Firudin oğlu və Mərdalıyev Əflatun Həsənağa oğlunun 8 yanvar 2013-cü il tarixdə DSX-nın “Göytəpə”  Sərhəd Dəstəsinin Cəlilabad rayonunun Əsədli kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisində külli miqdarda narkotik vasitə olan 20 kq 150 qr heroin və 5 kq tiryəki şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşları ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirmələri ilə bağlı barələrində Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq), 234.1, 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ibtidai istintaqı aparılan cinayət işi üzrə Z.Dövlətovun və Ə.Mərdalıyevin məsuliyyətdən kənarlaşdırılmasından ötrü işin istintaqını aparan şəxsə rüşvət təklif ediblər. 
    İstintaq aparan şəxs Nurəddin və Seyfəddin Dövlətovların qanunsuz əməlləri barədə DSX-nın rəhbərliyinə məlumat verib və həmin məlumat aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilib.
    22 yanvar 2013-cü il tarixdə istintaq-əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Nurəddin və Seyfəddin Dövlətovlar DSX-nın inzibati binasında cinayət işinin istintaqını aparan şəxsə 35 min ABŞ dolları məbləğində rüşvət təklif edərkən cinayət başında yaxalanıblar. Baxış zamanı xidməti otaqdan Nurəddin və Seyfəddin Dövlətovların rüşvət olaraq təklif etdikləri 35 min ABŞ dolları aşkar edilərək götürülüb. Hər iki şəxs Cinayət Məcəlləsinin 312.1-ci (rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 28.01.13 | Baxılıb: 420

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30