Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    JuHİ Azərbaycan jurnalistlərinin 2012-ci il üzrə sosial durumlarına dair yekun hesabatını açıqladı
    Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin 2012-cu ildə sosial durumlarının öyrənilməsi üzrə araşdırmalarını başa çatdırıb. JuHİ sədri Müşfiq Ələsgərli  bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları ilə seçilən 37 ümumrespublika yayımlı qəzet, 5 informasiya agentliyi, 3 xəbər portalı, həmçinin 18 həftəlik qəzet (8 regional, 10 ümumrespublika yayımlı), 7 televiziya (4 regional, 3 ümumrespublika yayımlı) redaksiyalarının əməkdaşları cəlb edilib (ümumilikdə 70 redaksiya əhatə olunub).
    Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda əmək münasibətlərinin rəsmiləşdirilməsi, fərdi və kollektiv əmək müqavilələrinin bağlanması, aylıq gəlirlərinin miqdarı, sosial və tibbi sığortaya cəlb edilmələri, jurnalistləri daha çox narahat edən digər məsələlərlə bağlı sualları cavablandırıblar. 
    Gündəlik nəşr edilən qəzetlərdə, informasiya agentliklərində və ümumrespublika yayımlı telekanallarda işçilərlə fərdi əmək müqavilələri bağlanıb (95 faiz redaksiyalarda). Amma, müqavilələr redaksiyaların bütün əməkdaşlarına şamil edilməyib. Orta hesabla, hər bir redaksiyada əməkdaşlardan yalnız 30 faizi ilə fərdi əmək müqavilələri bağlanıb. Digər işçilər isə müqaviləsiz işlədilir. Kollektiv əmək müqaviləsi yalnız iki TV redaksiyasında tətbiq edilir. Qalan redaksiyalarda kollektiv müqavilə təcrübəsi yoxdur. Başqa bir problem, əmək müqavilələrinin simvolik xarakterli olmasıdır (80 faiz redaksiyada), əmək haqqı və digər məsələlərlə bağlı reallığı əks etdirmir. Tibbi sığorta yoxdur və ya minimum səviyyədədir (yalnız 4 redaksiyada kampaniya formalı tibbi müayinələr tətbiq edilir). Jurnalistlərin aylıq gəlirlərində ötən illərlə müqayisədə artım cüzidir. 
    Ümumrespublika yayımlı telekanallarda jurnalistlərin aylıq gəliri 400-500 manat (sorğu iştirakçılarının 60 faizi), müəyyən hissəsində 300-350 manat (sorğu iştirakçılarının 30 faizi), az bir hissəsində isə 550-600 manat və daha yuxarıdır (sorğu iştirakçılarının 10 faizi).
    Ümumrespublika yayımlı gündəlik qəzetlərdə, informasiya agentlikləri və xəbər portallarında jurnalistlərin aylıq gəliri 300-350 manat (sorğu iştirakçılarının 60 faizi), müəyyən hissədə 400-500 manat və daha çox (sorğu iştirakçılarının 35 faizi), az bir hissə 200-250 manatdır (5 faizi).
    Regional televiziyalarda və həftəlik qəzetlərdə (ümumrespublika yayımlı həftəlik qəzetlərdə və regional qəzetlərdə) işçilərlə fərdi əmək müqavilələri bağlanıb (80 faiz redaksiyada). Amma, burada da müqavilələr redaksiyaların bütün əməkdaşlarına şamil edilməyib. Orta hesabla, hər bir redaksiyada əməkdaşlardan yalnız 10-15 faizi ilə fərdi əmək müqavilələri bağlanıb. Qalan işçilər müqaviləsiz işlədilir. Digər bir problem isə budur ki, əmək müqavilələri simvolik xarakterlidir (100 faiz redaksiyalarda), əmək haqqı və digər məsələlərlə bağlı reallığı əks etdirmir . Redaksiyalarda kollektiv əmək müqaviləsi, tibbi sığorta yoxdur, jurnalistlərin aylıq gəlirlərində ötən illərlə müqayisədə artım cüzidir. 
    Həftəlik qəzetlərdə əksəriyyət 150 manat (sorğu iştirakçılarının 70 faizi), müəyyən hissə 150-200 manat (sorğu iştirakçılarının 25 faizi), az bir hissə 200-250 manat və daha çoxdur (5 faizi).
    Regional televiziyalarda demək olar ki, vəziyyət eynidir-200-250 manat. Rəyi soruşulanlar 2012-ci ildə üzləşdikləri ciddi problemlər və uğurlar barədə də fikirlərini bildiriblər. 
    Problemlər sırasında ön yerdə bankların media işçilərinə kreditlər verməkdən imtina etmələri göstərilib. Araşdırılmalar aparılmasına baxmayaraq, bankların bu davranışlarına hələ ki, konkret məntiqi izah tapmaq mümkün olmayıb. Fakt isə odur ki, jurnalistlərin həm iri məbləğli ipoteka krediti, həm də kiçik və orta məbləğli digər təyinatlı kreditlər əldə etmələrində ciddi problemlər mövcuddur. Rəyi soruşulanlardan yalnız 8 faizi kredit xidmətlərindən faydalana bildiyini qeyd edib. Bu isə xüsusi cəhdlərdən sonra mümkün olub. Mənzilsizliklə bağlı problem də aktuallığını saxlayıb. İpoteka krediti şərtlərinin ağırlığı, yəni ipoteka krediti əldə etmək üçün irəli sürülən şərtlər arasında əmək haqqının minimum 500 manatdan yuxarı olması tələbi, jurnalistləri bu xidmətdən yararlanmaq imkanlarından məhrum edir.
    İlin uğurlu halları sırasında isə Azərbaycan Mətbuat Şurası və Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdikləri fərdi jurnalist müsabiqələri vasitəsilə çoxsaylı jurnalistlərin maddi vəsaitlarlə mükafatlandırılmaları göstərilib. Məlumat üçün bildirək ki, 2012-ci ildə 200-dən artıq jurnalist bu müsabiqələrin qalibi olaraq əlavə maddi gəlir əldə ediblər.
    Uğurlu faktlar sırasında ikinci yerdə media sferasında iş yerlərinin artımı və ya mövcud iş yerlərinin qorunub saxlanılması göstərilib. 2012-ci ildə ciddi media qurumları sırasında yalnız “Mərkəz” və “Paritet” qəzetləri fəaliyyətlərini dayandırıblar ki, bu KİV-lərin kollektivi də problem yaşamadan başqa redaksiyalarda yerləşdiriliblər. Məlumat üçün bildirək ki, KİV qurumlarının bağlanması göstərici ötən illərlə müqayisədə 5-6 dəfə az rəqəmlə ifadə olunur ki, bu da ciddi uğur kimi qiymətləndirilə bilər.
    JuHİ sədri bildirib ki, 2012-ci ildə jurnalistlərin aylıq gəlirlərindəki artım tendensiyası təqdir olunası hal kimi qiymətləndirilir. Əmək münasibətləri rəsmiləşdirilən redaksiyaların sayının kəskin şəkildə artımı isə ilin ən uğurlu hadisələrindən biri kimi qeyd oluna bilər. Növbəti illərdə əmək münasibətlərini rəsmiləşdirmiş redaksiyalarda əmək müqavilələrinin simvolik haldan işlək hala gətirilməsi üçün addımlar atılacaq.
    Hesabat Avropa Komissiyasının maliyyə yardımı ilə Azərbaycan Jurnalistlərinin Həmkarlar İttifaqı (JuHİ) və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən icra edilən “Keçmiş Sovet İttifaqı ölkələrində jurnalistlər üçün təhlükəsizlik, hüquq və müstəqil standartlar mədəniyyətinin yaradılması” layihəsi çərçivəsində hazırlanıb.

         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 21.01.13 | Baxılıb: 386

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30