İsrail əsgərləri yeni yəhudi məskunlaşma vahidlərinin inşasına etiraz məqsədi ilə Qüdsün şimalında qurulan ''Bab-ul Kerame'' çadır kəndindəki bütün çadırları yıxıb. Qüdsdəki Xalq İş Heyəti və milli güclər koordinatoru Məhəmməd Rabi bildirib ki, yüzlərlə İsrail əsgərinin ''Bab-ul Kerame'' çadır kəndinə girərək bütün çadırları yıxdığını, kəndin Məscidi-Əqsaya baxan hissəsi üzərində inşa etdikləri məscidi də buldozerlərlə yıxdığını ifadə edib. Fələstinli bir qrup fəal İsrailin “E1” bölgəsində qeyri-qanuni inşa edəcəyi 3 min iqamətgahlıq məskunlaşma vahidi etiraz etmək üçün 11 yanvarda ''Bab-uş Şəms'' adını verdikləri 30 çadırlık kənd qurmuşdu. Çadırlarda İsrail Baş naziri Binyamin Netanyahunun boşaldılması istiqamətindəki təlimatı üzərinə İsrail əsgərləri tərəfindən qaldırılıb. Fələstinlilər İsrailin ''Bab-üş Şəms'' çadır kəndini dağıdılması və məskunlaşma vahidi siyasətini etiraz etmək məqsədi ilə 18 yanvar “Babul Kerame” adını verdikləri yeni bir çadır kənd inşa ediblər.
|