Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Şönsberq və Norveç Krallığı Xarici İşlər Nazirliyinin Avrasiya Enerji Məsələləri üzrə Baş müşaviri Olav Berstad Strateji Araşdırmalar Mərkəzində (SAM) olublar. Mərkəzdən verilən məlumata görə, SAM-ın direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin elmi işçiləri Gülmira Rzayeva və Şahmar Hacıyev qonaqlarla fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavab veriblər. Görüşdə Avrasiyada Enerji layihələri və onların siyasi və iqtisadi əhəmiyyəti, Norveç – Azərbaycan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.
|