Keçmiş millət vəkili Gülər Əhmədovanın oğlu hərbi xidmətə aparılıb. Bu barədə APA-ya G. Əhmədova özü məlumat verib. G.Əhmədovanın sözlərinə görə, oğlu Toğrul Əhmədov dünən hərbi xidmətə yola düşüb: “Hansı hərbi hissədə xidmət edəcəyini hələ bilmirik. Lakin əminəm ki, oğlum vətənə layiqincə xidmət edəcək”. G.Əhmədova oğlunun əsgərliyə yola düşməzdən əvvəl atasına məktub yazdığını da bildirib: “Toğrulu hərbi xidmətə yola salıb evə qayıdanda masanın üstündə onun məktubunu gördük. Oğlum atasına yazıb: “Cənab zabit, Qarabağda müharibə başlasa, səni gözləyəcəm”. Qeyd edək ki, 1987-ci il təvəllüdlü T. Əhmədov ABŞ-da təhsil alıb və təhsilini başa vurandan sonra bir müddət Maliyyə Nazirliyində çalışıb.
|