Azad Suriya Ordusu əsgərləri İdlibdəki Taftanz hava bazasından qalxan bir vertolyotu yerə salıb. "Azadinform" xəbər verir ki, əsgərlər vertolyotun düşmə anını kamera ilə saniyəbə saniyə göstərib. Videoda uzun müddət hava limanı ətrafında gəzən vertolyota zenit mərmiləri ilə atəş açılıb. Hadisənin ardından alov alan vertolyotdan səmaya qara tüstülər qalxır.
|