İraqın öndə gedən şiə liderlərindən Müqtəda Sədr paytaxt Bağdaddakı Abdülkadir Geylani məscidində sünnilərlə birlikdə Cümə namazı qılıb. Bir kilsəni də ziyarət edən Sədr, sonra möhkəm təhlükəsizlik tədbirləri altında Abdülkadir Geylani məscidinə gələrək sünnilərlə bərabər Cümə namazı qılıb.
Abdülkadir Geylani məscidi Bağdadda sünnilərə aid ən əhəmiyyətli ibadət məkanları arasında qəbul edilir. Qeyd edək ki, M.Sədr İraqda Maliki hökumətinin siyasətinə qarşı davam edən nümayişlərə açıq dəstək verir.
|