Cari ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 8,3 faiz artaraq 549,6 manat olub.
Ən yüksək orta aylıq əmək haqqı sənaye, tikinti və bank, icarə və istehlakçılara xidmət göstərən təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı səhiyyə və sosial xidmətlər, təhsil, digər kommunal, sosial, şəxsi xidmətlərin göstərilməsi və sair sahələrdəki müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.
|