Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınıb, onların da 27-i “isti izlər”lə açılıb. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılıb.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 5 nəfər isə yaralanıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 28 nəfər tutulub.
|