Şamaxı rayonu, Bakı-Qazax yolunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarına aşıb.
Hadisə nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalmış sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib. Yanğın təhlükəsinin aradan qaldırılması məqsədi ilə yanğınsöndürənlər tərəfindən təhlükəsizlik tədbirləri görülüb.
|