Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Deputat virtual dostları ilə canlı görüşdü
    Milli Məclisin deputatı Fuad Muradov Facebook sosial şəbəkəsindəki virtual dostları ilə görüş keçirib. Əlli nəfər “virtual dost”la çay süfrəsi arxasında baş tutan canlı söhbəti zamanı müasir gəncliyi narahat edən bir sıra məsələlərə ətrafında müzakirələr aparılıb. Qonaqları salamlayan millət vəkili bildirib ki, bu görüşü təşkil etməkdə məqsədi virtual şəbəkədəki dostlarının fikirləri ilə tanış olmaq və onları tanımaqdır. Gənclər F.Muradovu sosial şəbəkədəki dostları ilə görüşən ilk deputat  olduğunu  deyərək bu təcrübəni dəstəklədiklərini bildiriblər. 
    Deputat ölkəmizin ərazi bütövlüyünün təmin olunmasını gənclik qarşısında ən böyük vəzifə olduğunu qeyd edərək bu məsələdə eyni hədəfə vurmağın zəruri olduğunu deyib. Daha sonra o, rəhbərlik etdiyi “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının işi və prioritetləri barədə danışıb. 
    Görüş zamanı iştirakçılar bir sıra problemləri qaldırıblar. 
    Ali məktəblərdə neqativ hallarla bağlı danışan görüş iştirakçıları təhsil sahəsində olan problemləri qabardıblar. Deputat təhsil sahəsində problemlərin olduğunu deyib və Milli Məclisdə etdiyi çıxışlar zamanı bu məsələni qaldırdığını vurğulayıb. Gənclərin rüşvət faktları ilə bağlı ayrı-ayrı çıxışlarını dinləyən deputat korrupsiyaya qarşı mübarizənin vətəndaşların hər birindən asılı olduğunu qeyd edib. “Əgər prezident İlham Əliyev bu sahədə mübarizə aparmaq üçün öz iradəsini ortaya qoyubsa bu əsas istiqamət kimi götürülməlidir ”- deyə deputat vurğulayıb. Daha sonra işsizliklə bağlı açılan müzakirələrə münasibətini açıqlayan F. Muradov qeyd edib ki, hazırda işə bağlı tələblər çox dəyişib. “Ölkədə həyat səviyyəsi dəyişdikcə işə qəbulla bağlı tələblər də dəyişir. Gənclərin iş yerləri ilə təmin olunması dövlətin diqqətindədir və bunun üçün dövlət proqramları hazırlanıb”.
    Gənclər arasında “ağ ölüm”-narkomaniya dərdi də görüş iştirakçılarının toxunduğu məsələlərdən olub. F.Muradov bildirib ki, bu bəlaya qarşı mübarizə ciddi aparılır. Bununla yanaşı deputat narkomaniyanın inzibati yollarla həll olunmasının əleyhinə çıxıb. “Narkomanı həbsxanaya salmaqla onun həyat tərzini dəyişmək olmaz. Bu bəlaya düçar olmamaları üçün geniş maarifçilik kampaniyalarının aparılması vacibdir”-deyə deputat vurğulayıb.  
    Gənclərin diqqət mövzusunda olan məsələlərdən biri də ipoteka kreditləri olub. F. Muradov qeyd edib ki, ipoteka şərtlərinin sadələşdirilməsi ilə bağlı prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib və problem yaxın zamanda öz həllini tapacaq. Millət vəkilinin sözlərinə görə, “sosial ev”lərin tikilməsini təklif edib. Bu evlər müəyyən vaxt və məbləğ müqabilində Gəncə verilə bilər. Daha sonra elmin vəziyyəti barədə açılan müzakirələr zamanı görüş iştirakçıları bir sıra təkliflərini səsləndiriblər. Gənc mütəxəssislərin sosial vəziyyətini yaxşılaşdırmaq üçün addımların atılmasının vacibliyi vurğulanıb. F.Muradov elm sahəsinə innovativ yanaşmanın vacib olduğunu qeyd edib.   
    Gənclərin öz fəaliyyətində aktiv olmağa səsləyən deputat gəncləri  haqlı hesab etdikləri mövqelərini axıra qədər müdafiə etməyə çağırıb. “Öz üzərində işləməyən gənc perspektivli layihələrdə iş almaq barədə düşünə bilməz. Əsas düzgün hədəf və iradədir. Çox erkən gənclik yaşımdan etibarən öz təşəbbüsümlə ölkənin gəncliklə bağlı ictimai sektoruna gəlmişəm. Demək istəyirəm ki, uğurun açarı insanın öz əlindədir” - deyə deputat vurğulayıb. 
    Səmimi şəraitdə və canlı müzakirələrlə keçən görüş uçun gənclər deputat F.Muradova təşəkkürlərini bildiriblər. 
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 24.12.12 | Baxılıb: 337

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30