Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Serj Sarkisyan: Ümid edirəm ki, bir razılığa gələcəyik
    Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həll edilməsinə ümid edir. Bunu Ermənistan prezidenti Serj Sarkisyan "Rossiya 24" telekanalına müsahibəsində deyib. Sarkisyan bildirib ki, ötən ilin yayında həmsədr-ölkələr və dünya ictimaiyyəti Ermənistanla Azərbaycanın əsas prinsiplərlə bağlı razılaşdığı qənaətinə gəlmişdi, lakin Kazan görüşü Azərbaycanın məsələnin həllinə hazır olmadığını göstərdi.
    "Sonrakı hadisələr göstərdi ki, Azərbaycan əslində bu üç prinsiplə razılaşmır. Azərbaycan öz hərbi imkanlarını inkişaf etdirir. Amma buna baxmayaraq, biz danışıqların nativini görmürük, çünki nativ - hərbi əməliyyatlardır, bizsə hərbi əməliyyatların təzələnməsini əsla istəməzdik. Bilirsiniz, problemin məğzi - Dağlıq Qarabağ xalqının özünümüəyyənləşdirmə uğrunda mübarizəsidir", - Ermənistan prezidenti belə deyib.
    Serj Sarkistan bildirib ki, Ermənistan Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin qarantıdır və əgər məsələ hərbi əməliyyatlar mərhələsinə keçsə, Ermənistan bütün imkanları ilə Dağlıq Qarabağ əhalisini müdafiə edəcək. Bununla belə, Ermənistan prezidenti iki ölkənin imkanlarının bərabər olmadığını etiraf edib: "Belə bir sual ortaya çıxa bilər: Azərbaycan iqtisadi cəhətdən daha güclüdür axı, Azərbaycanda əhali daha çoxdur axı… Amma birincisi, bunlar ən əsas şərtlər deyil, ikincisi isə düşünmürəm ki, Ermənistan əhalisinin yaxud erməni icmasının hansısa faizi hər hansı bir təzyiq altında Qarabağı güzəştə getməyə razılaşsın. Ona görə də, əslində bütün mümkün üsullarla Qarabağı müdafiə edəcəyik. Düşünürəm ki, əgər belə bir şey baş verərsə, biz hərbi əməliyyatların dayandırılmasını məcbur edəcək üsullar tapacağıq. Bundan başqa, belə hallarda, əlbəttə ki, dövlətlərarası sazişlərimizdə müəyyən olunmuş qaydalara əsasən, öz hərbi-siyasi müttəfiqlərimizə müraciət edəcəyik". 
    Müxbirin "məsələdə kəsişmə nöqtəsini mümkün hesab edirsinizmi?" sualına isə Ermənistan prezidenti belə cavab verib: "Əlbəttə. Düşünürəm ki, Kazan sənədləri hələ masanın üstündədir. Ona görə də, ümid edirəm ki, bir razılığa gələcəyik. Biz sadəcə məsələni həll etməyə borcluyuq, çünki hərbi əməliyyatlar bizi qane etmir, təbii ki, Azərbaycanı da qane etmir. Düşünmürəm ki, Azərbaycan əsgərləri, Azərbaycan xalqı müharibə etmək istəyir. Yeri gəlmişkən, biz heç bir xalqı öz düşmənimiz hesab etmirik. Lakin təəssüf ki, azərbaycanlıların beynində "ermənilər-düşmən" obrazını möhkəmlətməyə çalışırlar."
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 23.12.12 | Baxılıb: 285

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30