Pakistanda dəhşətli hadisə baş verib. Belə ki, bir gün əvvəl Pakistanın cənubundakı kəndlərin birindəki məsciddə səhifələri yandırılmış “Quran” kitabı tapılıb.
Kənd əhalisi “Quran” kitabını yandıran şəxsi müəyyənləşdirib, o, möhkəm döyüldükdən sonra polisə təhvil verilib. Lakin bir neçə saatdan sonra 200 nəfərə qədər şəxs polis şöbəsinə hücum çəkib. Onlar polis şöbəsində saxlanılan şəxsi oğurlayıb, onu şöbənin yaxınlığındakı küçədə diri-diri yandırıblar. Polis şöbəsinə hücumda iştirak edən 30 nəfər saxlanılıb, 7 polis işindən uzaqlaşdırılıb.
|