Bu gün Muzey Mərkəzində “Davamlı inkişaf mədəniyyəti: qlobal və regional aspektlər” mövzusunda ikinci Beynəlxalq elmi konfrans işə başlayıb.
Konfransın təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, UNESCO üzrə Azərbaycan Milli Komissiyası, Qloballaşma və Davamlı İnkişaf İnstitutu (Rusiya Federasiyası), eləcə də Cənubi Rusiya Ali Məktəblərinin Assosiasiyası və Azərbaycan Turizm İnstitutudur.
|