Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçirilib
    Bu gün Brüsseldə Avropa İttifaqı (Aİ) - Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçirilib. İclasda Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Avropa İttifaqını isə hazırkı Aİ Sədrliyi tərəfindən Kipr Respublikasının xarici işlər naziri xanım Erato Kozaku-Markulis və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Ştefan Füle təmsil etmişlər.
    Rotasiya prinsipi üzrə hazırkı iclasa Aİ tərəfi sədrlik edib. Görüşün başlanğıcında Aİ tərəfi Azərbaycanı 2015-ci ildə Birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının qərarı münasibətilə təbrik edib. Bu xüsusda ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu alqışlanıb və bu kimi nailiyyətlərin Azərbaycanı dünyaya tərənnüm etmək üçün yaxşı imkan olduğu Aİ tərəfindən bildirilib.
    Azərbaycan xarici işlər naziri Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında Aİ tərəfinə geniş məlumat verib, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq və Avropa Qonşuluq Siyasəti üzrə Aİ-Azərbaycan Fəaliyyət Planında göstərildiyi kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin vacibliyini vurğulayıb və münaqişənin nizamlanması ilə bağlı Aİ-nin qəti mövqeyinin ifadə olunmasının əhəmiyyətini qeyd edib.
    Danışıqlar çərçivəsində həmçinin, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında aparılmış fəaliyyət və gələcək əməkdaşlıq müzakirə olunmuş, mövcud əməkdaşlığın Aİ standartlarının Azərbaycanın inkişafı üçün xidmət edəcəyi qeyd olunub. Bu xüsusda Avronest Parlament Assambleyasının 2-ci Sessiyasının bu ilin 3-4 aprel tarixlərində Bakıda yüksək səviyyədə keçirildiyi vurğulanıb. Tərəflər Aİ ilə Azərbaycan arasında Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda əldə olunmuş nailiyyətləri alqışlamış və müzakirələrin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Aİ ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi və readmissiya üzrə sazişlərə dair danışıqların davam etdiyi qeyd edilmiş və bu danışıqların qısa müddət ərzində tamamlanmasına ümid ifadə olunub.
    Eyni zamanda Aİ ilə Azərbaycan arasında enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bununla bağlı Aİ nümayəndələri Avropanın enerji təminatı təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm dayaqlardan biri olduğu, Cənubi Qaz Dəhlizinin reallaşdırılmasında TANAP layihəsinin müstəsna əhəmiyyəti və ölkəmizin aparıcı rolunu xüsusilə vurğulanıb. Nəqliyyat sahəsinə gəldikdə, Azərbaycanın inkişaf etdiyi Bakı-Tbilisi-Qars dəmir yolu infrastrukturunun nəinki Cənubi Qafqaz üçün, habelə Mərkəzi Asiya, Əfqanıstan, Qara və Aralıq dənizləri və Xəzəryanı ölkələri üçün strateji əhəmiyyət kəsb edəcəyi bildirilib.
    Rəsmi iclasdan öncə birgə işçi səhər yeməyi təşkil edilib. Səhər yeməyi zamanı Aİ ilə münasibətlərin indiki vəziyyəti və inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişəsi, enerji təhlükəsizliyi, habelə regionda gedən digər proseslər ətrafında fikir mübadiləsi aparılıb.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 17.12.12 | Baxılıb: 274

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30