Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak etmək üçün Moskvaya yola düşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, iclasda MDB çərçivəsində hərbi əməkdaşlığın gedişatı və 2013-cü il üçün planlaşdırılan tədbirlərin müzakirəsi nəzərdə tutulur.
Səfər zamanı bir sıra MDB ölkələri ilə qarşıdakı il üçün ikitərəfli hərbi əməkdaşlıq planlarının imzalanacağı da gözlənilir.
|