TÜRKPA baş katibi Ramil Həsənov sabah Xəzər Strateji İnstitutu tərəfindən İstanbulda təşkil ediləcək Beynəlxalq Xəzər Forumunda iştirak edəcək. Bu barədə məlumatı “KƏLAMİNFO”ya TÜRKPA-dan veriblər.
Forum Avrasiya, ABŞ və Avropadan görkəmli liderləri enerji, enerji təhlükəsizliyi, nəqliyyat, iqtisadi, siyasi məsələləri və Xəzər regionunda investisiya imkanlarını müzakirə etmək məqsədilə bir araya gətirir. Görüş zamanı 3 əsas məsələ: Avrasiya enerji dinamikasında Xəzər Enerji resurslarının rolu; Xəzərin İqtisadi İnkişafı: İpək Yolunun dirçəldilməsi, diversifikasiyası və davamlı artım və son olaraq Avrasiyada sülh və sabitliyə nail olunması: Perspektivlər və Problemlər müzakirə ediləcək. Forumdan sonra Xəzər Mükafatları mərasimi keçiriləcək.
|