İslam İnkişaf Bankı 2013-2014-cü tədris ili üçün bu təşkilata üzv olan ölkələrin vətəndaşları üçün dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsili və doktoranturadan sonrakı tədqiqat işi üzrə təqaüd proqramı təklif edir. “KƏLAMİNFO” Təhsil Nazirliyinə istinadən xəbər verir ki, təqaüd proqramı ilə bağlı bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaq.
Proqram haqqında daha ətraflı məlumatları və ərizə formalarını bu internet səhifəsindən (http://www.isdb.org/irj/portal/anonymousNavigationTarget=navurl://c28c70fde436815fcff1257
ef5982a08) və Təhsil Nazirliyinin beynəlxalq əlaqələr şöbəsindən (Aqil Vəliyev, tel: 496-34-14) əldə etmək olar.
Doldurulmuş ərizə formaları və digər lazımi sənədlər 24 dekabr 2012-ci il tarixinə qədər Təhsil Nazirliyinə təqdim oluna bilər.
|