Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Joze Manuel Barroso: Ermənistan-Azərbaycan münaqişəsində mövcud status-kvo qəbuledilməzdir
    Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfiri və Avropa İttifaqı yanında nümayəndəliyinin başçısı Fuad İsgəndərov etimadnaməsini Avropa Komissiyasının prezidenti Joze Manuel Barrosoya təqdim edib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səmimi və dostcasına mühitdə keçən söhbətin əvvəlində Avropa Komissiyasının Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə səmimi salamlarının çatdırılmasını xahiş edib. Joze Manuel Barroso Aİ-Azərbaycan münasibətlərinin inkişaf etdiyini, ölkəmizin Şərq Tərəfdaşlığı çərçivəsində fəaliyyətinin mühüm əhəmiyyət kəsb etdiyini və bu çərçivədə bir sıra sahələrdə tərəqqinin müşahidə olunduğunu vurğulayıb, Azərbaycanın Avropada pozitiv imicinin formalaşdığını bildirib. Avropa Komissiyasının prezidenti Aİ-nin Azərbaycan ilə əməkdaşlığında enerji sahəsində strateji tərəfdaşlığımızın mühüm rol oynadığını qeyd edərək, Cənub Qaz Dəhlizinin çox tezliklə reallığa çevriləcəyindən əmin olduğunu ifadə edib. Barroso Ermənistan-Azərbaycan münaqişəsinə toxunaraq, mövcud status-kvonun qəbuledilməz olduğunu qeyd edib və Aİ-nin münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun fəaliyyətini tam dəstəklədiyini vurğulayıb. O, Aİ-nin münaqişənin həlli prosesinə töhfə verməyə hazır olduğu bəyan edib. Səfir Fuad İsgəndərov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Joze Manuel Barrosoya çatdırıb və ölkə başçısının Barroso ilə görüşləri haqqında xoş xatirələrə malik olduğunu bildirib. Səfir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığın inkişafında prinsipial, bərabərhüquqlu və hər iki tərəfin maraqlarına əsaslanan mövqedən çıxış etdiyini, ölkəmizin Avropa İttifaqı üçün ən etibarlı tərəfdaşlardan biri olduğunu qeyd edib. Səfir Fuad İsgəndərov Azərbaycanda həyata keçirilən inkişaf layihələri barədə ətraflı məlumat verib, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı hazırkı vəziyyəti diqqətə çatdırıb. Avropa Komissiyasının Prezidenti öz tərəfindən Prezident İlham Əliyevlə keçirdiyi bütün ikitərəfli görüşlərin onda ən xoş təəssüratlarla qaldığını, Azərbaycanın dövlət başçısının öz ölkəsinin müasirləşməsi və inkişaf etdirilməsinə böyük önəm verdiyinin şahidi olduğunu və Azərbaycanın dostu olaraq bu məqsədə dəstək verməkdən məmnun olacağını bildirib. O, prezident İlham Əliyevə salamlarını və ən xoş arzularının çatdırılmasını bir daha xahiş edərək, yeni ildə Azərbaycanın dövlət başçısı ilə görüşmək istəyində olduğunu vurğulayıb.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 05.12.12 | Baxılıb: 325

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30