Dövlət Sosial Müdafiə Fondunda informasiya azadlığı üzrə məsul şəxs müəyyən olunub. Fonddan “KƏLAMİNFO”ya verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 1.1-ci bəndinə uyğun olaraq qurumun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev Dövlət Sosial Müdafiə Fondunda informasiya azadlığı üzrə məsul şəxs müəyyən olunub.
|