Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri zamanı insident yaşanıb. “KƏLAMİNFO” “Zaman” qəzetinə istinadən xəbər verir ki, nazir İstanbuldakı otellərdən birində pilləkəndən yıxılıb. Nazir İstanbul klinikalarından birinə çatdırılıb. Onun sol əlinin biləyi sınıb.
Qeyd edək ki, S.Lavrov dünən Rusiya prezidenti Vladimir Putini Türkiyəyə səfəri zamanı müşayiət edib. Bu gün isə o, Rusiya-NATO Şurasının nazirlər görüşündə iştirak etməlidir.
|