“Azərbaycanın gələn ilki büdcəsi müstəqillik tarixində ən böyük büdcədir”. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə bu gün Milli Məclisdə 2013-cü il dövlət büdcəsi layihəsinin qəbulundan sonra çıxış edən spiker Oqtay Əsədov bildirib.
O qeyd edib ki, büdcə layihəsində millət vəkillərinin bir qisminin təklifləri nəzərə alınıb: “May ayında büdcə dəyişiklikləri məsələsi qalxsa, digər millət vəkillərinin təklifləri də əksini tapacaq. Amma onu deyim ki, gələn ilin büdcəsi ötən ilkilərlə müqayisədə daha uğurludur”.
|