ABŞ-ın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Mark Qrossman dekabrda öz postunu tərk edəcək. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, bu barədə onun mətbuat katibi Laura Lukas məlumat verib. “O, bu vəzifədə iki illik xidmət müddətindən sonra dövlət katibi Hillari Klintonun razılığı ilə istefaya gedəcək” - deyə L.Lukasın bəyanatında bildirilir.
Öz növbəsində, prezident Barak Obama tərəfindən varisi təyin olunduqdan sonra istefaya gedəcək Klinton “diplomatik nailiyyətlər”inə görə Qrossmana təşəkkür edib. M.Qrossman dövlət katibi tərəfindən ABŞ-da xüsusi nümayəndə vəzifəsinə 2010-cu ilin dekabrında Riçard Holbrukun ölümündən sonra təyin edilib.
|