Livana rəsmi səfər edən Ermənistan prezidenti Serj Sarkisyan Beyrutda keçirdiyi brifinqdə Dağlıq Qarabağ problemindən bəhs edib. “KƏLAMİNFO” erməni mətbuatına istinadən xəbər verir ki, o deyib ki, Ermənistan Cənubi Qafqazda sülh və sabitliyə yönəlmiş siyasət aparır: “Biz Dağlıq Qarabağ probleminin güc yolu ilə həlli variantını istisna edirik. Problemin ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində dinc həlli öhdəliyinə sadiqik”.
|