Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Elşad İskəndərov: "Qarabağ münaqişəsi Avrasiya İslam Şurasının prioritetləri sırasındadır"
    Türkiyənin İstanbul şəhərində "Ənənədən gələcəyə: Avrasiyada İslam üfüqü" adı altında keçirilən Avrasiya İslam Şurasının VIII Zirvə Toplantısı öz işini yekunlaşdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “KƏLAMİNFO”ya verilən məlumata görə, 30-dan artıq ölkənin 100-dən çox dini təsisatının rəhbərinin iştirak etdiyi Zirvə Toplantısında yekun bəyannamə qəbul edilib. Bəyannamənin müzakirəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun təklifi ilə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinin pislənməsi yekun bəyannamənin 1-ci maddəsində öz əksini tapıb. Həmin maddədə qeyd olunub ki, başda Orta Şərq, Suriya və Fələstində axıdılan müsəlman qanının tez bir zamanda dayandırılması və Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində işğalın dayandırılması üçün beynəlxalq aləmin üzərinə düşən insani vəzifənin yerinə yetirilməsi, dinindən və inancından asılı olmayaraq, əzəli, mənəvi dəyərlərin sahibi olduğunu düşünən bütün dini qurumlara bu məsələdə sülh və təhlükəsizliyin təmin olunması üçün səslənməyi özlərinə vəzifə olaraq görürlər: “Bu mövzudakı məsuliyyət təkcə siyasətçilərin deyil, eyni zamanda sağlam vicdana sahib olan hər kəsin üzərinə düşür. Bütün dünya ictimaiyyətini bu məsuliyyətdən irəli gələn addımları atmağa dəvət edirik. Həmçinin 21.11.2012-ci il tarixində Qəzzada əldə olunan atəşkəsin davamlı bir sülhə çevrilməsini diləyirik” - deyə bəyanatın 1-ci bəndində qeyd olunub. Bununla bağlı Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Şura tərəfindən Avrasiya regionunun gündəmində olan Suriya və Fələstin kimi ən qaynar nöqtələrlə yanaşı, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan tərəfindən işğalı faktının qeyd edilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Avrasiya İslam Şurasının prioritetində olduğunu təsdiqləyir. Bundan başqa, bu məsələnin məsuliyyətinin təkcə siyasətçilərin deyil, ictimai vicdanın da üzərində olduğu bəyanatda öz əksini tapıb. Eyni zamanda, Şura dünya ictimaiyyətinə müraciət edərək, Dağlıq Qarabağ məsələsində təkcə Avrasiyanın müsəlman ölkələrinin dini liderlərinin deyil, digər ölkələrin və dinlərin liderlərinin də münaqişənin ədalətli həllinə çalışmalarının vacibliyini ortaya qoyub: “Nəzərə alınmalıdır ki, VIII Zirvə Toplantısında Şuranın daimi Beynəlxalq Katibliyinin yaradılması ilə bağlı qərar qəbul edilib. Bu isə o deməkdir ki, yekun bəyannamənin 1-ci bəndində öz əksini tapan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində qəbul edilmiş qərarın icrası üçün konkret işlər görüləcək”.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 23.11.12 | Baxılıb: 258

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30