“Erməni lobbisi Ermənistanı özünün tam və sərt nəzarəti altında saxlayır və bunun nəticəsidir ki, ölkə erməni diasporunun girovuna çevrilib”. “KƏLAMİNFO” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Cəmil Çiçək ATƏT PA sədri Rikkardo Miqliori ilə görüşdə bildirib. Çiçək bir daha bildirib ki, Ermənistan işğalçı dövlətdir və Azərbaycan torpaqlarının beşdə birini işğal edib.
|