Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fevralın 22-dən 25-nə kimi Qahirə şəhərində keçiriləcək “İslam şəriətinin məqsədləri və müasir dövrün problemləri” mövzusunda beynəlxalq konfransda iştirak etməyəcək. Bu barədə KƏLAMİNFO-ya QMİ-nin mətbuat katibi Rəhimə Dadaşova məlumat verib.
O, QMİ-nin konfransda iştirak etməməsinin səbəbini aprelin 26-27-də Bakıda keçiriləcək Dini Liderlərin Sammitinə hazırlıqla əlaqələndirib. R.Dadaşova bununla bağlı məktub yazıldığını, təşkilata göndərildiyini bildirib.
|