Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Millət vəkilləri müəllimlər və həkimlərin maaşlarının artırılmasını istəyiblər
    Milli Məclisin bu gün keçirilən iclasında deputatlar 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bir sıra təkliflər və suallar səsləndiriblər. “KƏLAMİNFO” xəbər verir ki, deputat, Xalq artisti Zeynəb Xanlarova çıxışı zamanı iclasda iştirak edən hökumət üzvlərinə sual ünvanlayıb. “Xahiş edirəm, mənə deyin, bu büdcənin müəllimlərimizə, əlillərimizə, pensiyaçılarımıza, həkimlərimizə xeyri olacaqmı?” Əvvəlcə spiker Oqtay Əsədov bildirib ki, deputatların suallarına onların çıxışları yekunlaşandan sonra hökumət nümayəndələri tərəfindən cavab veriləcək. YAP icra katibinin müavini Mübariz Qurbanlı ipotekaya ayrılan vəsaitin artırılmasını təklif edib. O, ölkənin müxtəlif yerlərində yerli-yersiz hasarlamalar olduğunu vurğulayıb: “Düzdür, bəzən hasarlar lazım olur, amma ehtiyac olmadan da hasarlar çəkilir. Hesablama Palatası və digər qurumlar buna diqqət yetirməlidir”. Deputat Zahid Oruc bildirib ki, səhiyyə kimi vacib sahəyə 2013-cü ildə büdcə artımının cəmi 0,5%, digər sahələrə 5-10% olması düz deyil. Onun fikrincə, səhiyyə tədqiqatına 4,2 mln. manat ayrılması da çox azdır. Ölkədəki müəllim sayının lazım olduğundan çox olduğunu deyən Z.Oruc da ipoteka kreditlərinin artırılmasının zəruri olduğunu söyləyib. O, 2013-cü il dövlət büdcəsinə Dağlıq Qarabağla bağlı maliyyələşmə üzrə ayrıca bənd salınmasının da zəruri olduğunu bildirib. BQP başqanı Fazil Mustafa da M.Qurbanlı kimi müxtəlif yerlərin hasarlanmasını tənqid edib. O deyib ki, həmin lazımsız hasarlara xərclənən vəsait hesabına müəllimlərin və səhiyyə işçilərinin maaşını artırmaq olardı: “Məşhur “Sevil” əsərində Balaş özünün köhnə paltarlı valideynlərini cəmiyyətdən gizlədir. Sanki biz də hasarlarla kasıbları gizlədirik”. O Z.Xanlarovanın verdiyi suala dəstək verərək deyib ki, mütləq elm və təhsil işçilərinə, həkimlərə, əlillərə verilən sosial müavinətlərə artımlar etmək lazımdır.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 14.11.12 | Baxılıb: 201

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30