“Ermənistanla Fransanın hərbi əməkdaşlığı Azərbaycanın milli təhlükəsizliyini təhdid edərsə və ərazilərimizin işğalının davamına şərait yaradarsa, Azərbaycan bundan irəli gələn addımlar atacaq”. KƏLAMİNFO xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında xarici işlər naziri Elmar Məmmədyarov söyləyib. E.Məmmədyarov bildirib ki, istənilən ölkə digəri ilə müxtəlif sahədə, o cümlədən hərbi sahədə əməkdaşlıq edə bilər: “Azərbaycan iki ölkə arasında olan münasibətlərə qarışmır. Amma bu münasibətlər Azərbaycanın milli maraqlarına zidd olmamalıdır”,-deyə E.Məmmədyarov vurğulayıb.
Qeyd edək ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyanın Fransaya səfəri zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq Sazişi imzalanıb.
|