Sabah Bakıda “Uşaq hüquqlarının qorunması kontekstində Azərbaycanda erkən nigah vəziyyətinin təhlili üzrə təqdimat” adlı mərasim keçiriləcək. Mərasimi BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) ilə birgə təşkil edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya AQUPDK-nin mətbuat xidmətindən veriblər.
Mərasim zamanı ölkəmizdə erkən nigahlar, o cümlədən onların baş vermə səbəblərinin öyrənilməsi üzrə araşdırmanın yekunları təhlil olunacaq.
|