Rusiyanın baş naziri Dmitri Medvedyev hesab edir ki, “Pussy Riot” qrupunun həbs cəzası almış iki üzvü azad olunmalıdır. “KƏLAMİNFO” BBC-yə istinadən xəbər verir ki, o deyib ki, qrup üzvlərinin hərəkəti ilə razı deyil, ancaq onlar həbsdə kifayət qədər çox qalıblar.
Hazırda onlar həbsxanada iki illik həbs cəzalarını çəkirlər. “Pussy Riot” Moskvada kilsədə “Məryəm ana, bizi Putindən xilas et” kimi şüarlar səsləndirmişdi.
|