Açılış Səhifəsi et

 Favorilərə əlavə et
Kəlam həyatın başlanğıcı və sonudur, Öyrənin beşikdən qəbrə qədər
Son xəbərlər
 
  • AzKOMA növbəti maarifləndirici layihəsini təqdim edir
  • “Azərbaycan qəhrəmanları. Virtual bələdçi” layihəsi davam edir
  • İslam ölkələri jurnalistləri bir arada
  • İslamın ailəyə və qadına verdiyi dəyər
  • Qurban ibadətinin fəlsəfəsi
  • İslamda elmə baxış
  • Konstitusiyada nə dəyişdirildi?
  • “Mədəni irsimiz rəqəmsal dünyada” layihəsinin balacalara yeni sürprizi
  • Heydər Əliyevin dini dəyərlər haqqında müdrik fikirləri
  • Heydər Əliyevin milli-mənəvi dəyərlər haqqında müdrik fikirləri
  • Multikultural subyektlərin məşğuliyyəti: iqtisadiyyat və turizm
  • Ailәvi turizm üçün sәrfәli mәkanı - Buynuz kəndi "Şirvan" İstirahət Mərkəzi
  • Dövlətçilik hissi və milli-mənəvi dəyərlər sistemi
  • "Bakı prosesi" və onun multikultural əhəmiyyəti
  • Azərbaycan qanunlarında milli məsələlər necə tənzimlənir?
  • Dövlət Komitəsi daha 5 dini icmaya maliyyə yardımı ayırdı
  • Qəbir ziyarəti Quranda qadağan edilibmi?
  • Əxlaq elə bir güzgüdür ki...
  • Bidəti necə tanıyaq?
  • "Yaxşılığa yaxşılıq" və "Tülkü və hacıleylək"
  • İctimai Birlik bələdiyyələri maarifləndirir
  • Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tədbir keçirdi
  • Deputatın oğlu ittihamlara cavab verdi: Yazılanlar böhtandır...
  • Bələdiyyələrin yaradılmasının obyektiv zəruriliyi
  • Bələdiyyə fəaliyyəti necə qiymətləndirilir?
  •  
     
     
     

     
    Kəlam jurnalı
     
     
     
    Bannerlərin mübadiləsi
     
    kod almaq:
    Axtarış: 
    Prezident İlham Əliyev Abdulla Gülü və Ərdoğanı təbrik edib
    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Abdulla Gülə təbrik məktubu ünvanlayıb. “KƏLAMİNFO” xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, qardaş Türkiyənin milli bayramı - Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün Türk xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Biz Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə sevinir və bundan fərəh hissi keçiririk. Xalqlarımızın yekdil iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi, müttəfiqliyi və tərəfdaşlığı qardaşlıq duyğularımızı bariz şəkildə təcəssüm etdirir". Dövlət başçısı qeyd edib ki, ikitərəfli əməkdaşlıq zəminində Azərbaycan və Türkiyənin əldə etdiyi misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, qardaş xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın bərqərar olmasına dair niyyətlərimizin gerçəkləşən ifadəsidir. "Əminəm ki, xalqlarımız arasında dərin tarixi kökləri olan möhkəm tərəfdaşlıq münasibətləri bundan sonra da bütün birgə işlərimizdə yeni uğurlara yol açacaq. Hörmətli cənab Prezident, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyəyə daim sülh və çiçəklənmə diləyirəm" - deyə prezident İlham Əliyev bildirib. Prezident İlham Əliyev həmçinin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana da təbrik məktubu göndərib. Məktubda deyilir: “Hörmətli cənab Baş nazir, Əziz Qardaşım, Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizə və qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi və xoş arzularımızı yetirirəm. Bu gün Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrilmişdir. Biz Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə sevinir və bundan fərəh hissi keçiririk. Dərin tarixi kökləri ilə bir-birinə bağlı olan, ortaq mənəvi dəyərlərdən güc alan xalqlarımızın qardaşlıq ideallarının təcəssümünə çevrilən Azərbaycan-Türkiyə birliyi nümunəvi tərəfdaşlıq modelidir. Heç şübhəsiz ki, bu yaxınlarda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birgə keçirdiyimiz ikinci iclası, qarşıya qoyduğumuz vəzifələr, imzalanan sənədlər istər ikitərəfli qaydada, istərsə də regional əməkdaşlıq zəminində irəli sürdüyümüz məqsədlərə çatmaq yolundakı səylərimizə yeni təkandır. Əminəm ki, daim dərinləşən işbirliyimiz bundan sonra da qardaş xalqlarımızın iradəsini əks etdirərək ölkələrimizin rifahına və çiçəklənməsinə xidmət edəcək. Hörmətli cənab Baş nazir, bayram sevincinizə qoşulur, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türk xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
         . Liveinternet FaceBook livejournal.com Twitter
    +  -  Çap 
    Yerləşdirilib: 29.10.12 | Baxılıb: 197

    Rubrikalar
     
    Jurnalın qurucusu
     

     
    Alim öldü - aləm öldü
     
     
    Yubiley
     
     
    Nəşrlərimiz
     
     
    Torpaqlarımızı qaytaraq..
     
     
     
     
    Axtarış
     

    Jurnalın arxivi
     
    2024
    Yanvar(0)
    Fevral(0)
    Mart(0)
    Aprel(0)
    May(0)
    İyun(0)
    İyul(0)
    Avqust(0)
    Sentyabr(0)
    Oktyabr(0)
    Noyabr(0)
    Dekabr(0)
    Arxiv
     
    Sen.2024
    .......
          1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    30