Türkiyənin İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) sədrlik etdiyi dövrdə hazırlanan “2015-ci il üçün ECO-ya Baxış Sənədi”ndə gələcək fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib. “KƏLAMİNFO” xəbər verir ki, bu barədə Bakıda keçirilən ECO-nun 12-ci sammitində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
O qeyd edib ki, Türkiyə sədrlik etdiyi dövrdə öhdəsinə düşən bütün işləri görüb və kifayət qədər təcrübə də əldə edib: “Biz bu təcrübəni qardaş Azərbaycanla bölüşməyə hazırıq”. O, həmçinin təklif edib ki, bütün iştirakçılar bu təşkilatın bütün güc və resurslarından istifadə etsinlər: “Yeni sədrlik etməyə başlayan Azərbaycanın ECO-ya baxışı daha geniş perspektiv olaraq qurulub və daha ümidvericidir. Biz Azərbaycan kimi ölkələrlə əməkdaşlığı daha çox genişləndiririk”.
Qeyd edək ki, bu gün ECO-ya sədrlik Azərbaycana keçib.
|